Əsas Səhifə > Üst manşet, Güney Press > Naxçıvanda vergi xidməti özü problem yaradır
Naxçıvanda vergi xidməti özü problem yaradırBu gün, 08:12 |
2024-cü ildə Naxçıvandakı vergi orqanlarına 200-dən artıq şikayət ünvanlanıb. Bu barədə yerli Dövlət Vergi Xidməti məlumat yayıb. Rəsmi açıqlamada müraciətlərin əksəriyyətinin araşdırıldığı qeyd edilsə də, şikayətlərin konkret səbəbləri barədə məlumat verilməyib. Bir müddət öncə Naxçıvandakı bir qrup sahibkar həyata keçirmədikləri əməliyyatlara görə hərəsinə on minlərlə manatlıq vergi borcu yazıldığını açıqlamışdı. Rəsmilər bu əməliyyatların fırıldaqçılar tərəfindən həyata keçirildiyini desələr də, sahibkarların vergi borcları hələ də silinməyib. Sahibkarlar bildirirlər ki, bununla bağlı yerli Vergi Xidmətinə dəfələrlə şikayət etsələr də nəticəsi olmayıb. Onlar iddia edirlər ki, bu fırıldaqçılığın arxasında Vergi Xidmətinin özü dayanır. "DİA-AZ" xatırladır ki, elə bu günlərdə bu problemlə bağlı geniş material təqdim etmişdik: Naxçıvanda sahibkarlara dövlət adından VERGİ TƏLƏSİ... - NARAZILIQ VAR... İndi isə aydın olur ki, Naxçıvanda narazı sahibkarlarla bağlı məlumatlar yalnız statistik göstərici olaraq rəsmiləşir... daha kimsəni problemlərin mahiyyəti və həll olunmuş nəticəsi maraqlandırmır... Geri qayıt |