Əsas Səhifə > Üst manşet, Güney Press > Kompleks Qazma İşləri Trestində GESTAPO REJİMİ

Kompleks Qazma İşləri Trestində GESTAPO REJİMİ


Bu gün, 09:58
Kompleks Qazma İşləri Trestində GESTAPO REJİMİ
SOCAR Kompleks Qazma İşləri Trestində işçilər ilginc bir mənzərə ilə üz-üzə qalıblar. "DİA-AZ" xəbər verir ki, bu barədə məlumat açıqlayan Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sözügedən qurumda çalışan işçilərdən birinə istinadla qeyd edir:

"Bir şikayətimiz olanda Kompleks Qazma İşləri Trestinə gedə bilmirik... Ona görə icazə verilmir ki, gərək əvvəlçədən məlumat verilə ki kimin yanına, nə vaxt, hanşı şöbəyə gedirsən...

Gərək əvvəlcədən təhlükəsizliyin işçilərinə sifariş və ya göndəriş gələ... sonra da baxıla və yalnız bu zaman buraxılır.

Bu nə deməkdir axı? Heç vaxt belə bir şey olmayıb. Bu trest nədir ki bəyəm? Türməyə gedirik, ya kimnənsə qorxduqlarından belə bir şey ediblər?

Qorxurlar işçilərdən, ya nədi bilmirəm... Səbəbini izah edən də yoxdur..."

Geri qayıt