Əsas Səhifə > Üst manşet, Güney Press > Xırdalanda təhsili bazara çeviriblər

Xırdalanda təhsili bazara çeviriblər


Bu gün, 06:17
Xırdalanda təhsili bazara çeviriblər
"Azərbaycan Reallığı"nın redaksiyasına daxil olan məlumata görə, Xırdalan şəhər 1 nömrəli məktəbin müəllimləri şagirdlərdən BSQ (Bilik Səviyyəsinin Qiymətləndirilməsi) testləri üçün pul yığır. Məktəbin adı açıqlanmayan bir şagirdi bildirir ki, hər sinifdən bu testlər üçün 300 manat məbləğində pul tələb edilir.

Məlumatda vurğulanır ki, bu yığımlar məktəb rəhbərliyinin məlumatı və razılığı ilə həyata keçirilir. Xırdalan şəhər 1 nömrəli məktəbin direktoru Arifə Balakişiyeva bu iddialarla bağlı hələlik hər hansı açıqlama verməyib.

Təhsil Nazirliyinin bu kimi hallar barədə konkret mövqeyi var: dövlət məktəblərində testlər və digər tədris xidmətləri üçün əlavə ödəniş tələb edilməsi qanunsuzdur. Təhsil müəssisələrində belə qanunsuz pul yığımlarının olması həm valideynlər, həm də şagirdlər arasında ciddi narazılıqlara səbəb olur.

Qeyd edək ki, bu iddialar cəmiyyətin geniş marağına səbəb olub. Təhsil Nazirliyi məsələyə dərhal müdaxilə edərək ciddi araşdırma aparmalı və iddiaların doğruluğunu təsdiqləyərsə, məsuliyyətli şəxslər barəsində qanuni tədbirlər görməlidir.
Geri qayıt