Əsas Səhifə > Üst manşet, Güney Press > AMEA-nın təhlükə saçan `ÖLMƏZ KAŞŞEY`i...

AMEA-nın təhlükə saçan `ÖLMƏZ KAŞŞEY`i...


Bu gün, 09:39
AMEA-nın təhlükə saçan `ÖLMƏZ KAŞŞEY`i...
"İllərdir, AMEA-dakı yolsuzluqlardan, korrupsiyadan, maxinasiyalardan, mənimsəmələrdən, saxtakarlıqlardan, bir sözlə, qurumda kök salmış "zərərvericilər"dən yazıram. Hüquqi araşdırmalar bunu bir daha təsdiq edir..." "DİA-AZ" xəbər verir ki, bunu öz etirazında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru İdris Abbasov ifadə edib.
O daha sonra davam edir: "Kifayət qədər mal-mülkə sahib bu şəxslər hələ də pullarına güvənib məsuliyyətdən azad olacaqlarına əmindirlər. Dövlətin, qanunun mövcudluğunu hiss etməyən, məsuliyyətin nə olduğunu duymayan akademik dəstə üzvləri onların pis əməllərini tənqid edənlərə qarşı diş qıcayırlar. Təbii ki, müxtəlif yollarla varlanan, diplomlar alan kəmsavadlara nəinki elmi-tədqiqat müəssisələrində vəzifə vermək olmaz, hətta onları həmin qurumlara yaxın buraxmaq olmaz. Belə hallar - gördüyümüz kimi - dövlətə xəyanətlə nəticələnir, harınlığa qudurğanlığa, dərəbəyliyə yol açır. Mənəvi zədə almış o zatları ancaq vəzifə, pul, səlahiyyət, eyş-işrət düşündürür. Onlar iş görüntüsü yaratmaq üçün saxta nəşrlərlə şəxsi maraqlarını təmin etməyə çalışır, gerçək tədqiqat aparılmasına maneçilik törədir, intriqlar yaradır, dürüst şəxsləri gözüm-çıxdıya salır, vəzifə, pul, səlahiyyət maraqlarını təmin etmək üçün saxtakarlığı, xəyanəti, qanunsuzluğu stimullaşdırırlar.
Hələ 2016-cı ildə instituta direktor gətirilib akademik edilən, uşaqlarımın dərman pulunu yeyən, hazırda heç bir iş görmədən mənim aldığım maaşın 6-7 mislini alan 79 yaşlı Möhsün Nağısoylu həm də akademik müşavirdir. Onun xələfi, R. Mehdiyevlə İ. Həbibbəylinin sevimlisi, yaxın "silahdaşı", pulu, varı ilə öyünən, 2022-ci ildən başlayaraq Mehdiyev və Həbibbəylinin xüsusi tapşırığı ilə məni "zərərsizləşdirməyə" çalışan, məsul olduğu nəşrlərlə Azərbaycan elmini "zirvələrə qaldıran" naşir Nadir Məmmədlinin birləşdikləri "akademik koalisiya" öz fəaliyyətində korreksiya etmək fikrində deyil. Tərbiyələndirib, təhjsilləndirib vəzifələrə yüksəltdiyi övladı dövlətin milyonlarını mənimsəyən (halbuki mənim kimi vətəndaşların övladları dərman ala bilmir), özü isə eyş-işərt içində ikrahdoğurucu süni tərif məclisləri ilə qocalığın kefini çıxaran akademik İsa Həbibbəyli bu yaşda həm AMEA prezidenti, üstəlik də Ədəbiyyat İnstitutunun direktorudur. Nə qədər vəzifələrini alsalar da, qurtarmır. Bu dərəcədə paradoksallııq olarmı?! Adamın allı-güllü evlərindən, qəsrlərindən savayı, hələ akademiyada 3 iri kabineti də var. Hansında oturur?! Mənim isə yazı masası qoymağa yerim belə yoxdur. Dövlətin, xalqın qəsdinə durmaq deyilmi?! Təəssüf ki, akademik təlim-tərbiyəyə uyan, vətəndaş mövqeyini itirmiş zay üləmalar hələ də onun əlini öpürlər. Akademik dəhşətin kulminasiya nöqtəsidir!
Ciddi işləmək üçün - nə qədər çətin olsa da - dostun, tanışın yardımından faydalanır, yaşayıb işlədiyim hər günə, hər saata şükür edirəm. Yaxşı ki, ölkədə hamı pulu, varı, vəzifəsi, ədalətsizliyi, oğurluğu, rüşvətxorluğu ilə öyünən, ölümün olduğunu unudan, doyumsuz, xəsis, qəddar, vicdansız, zərərli akademşəbəkə üzvləri kimi deyill. Evləri qədər ürəklərinin də geniş olduğu dostlara dərin minnətdarlığımı bildirirəm. Onlar mənə evlərində ayrıca bir otaq ayırmağa hazırdırlar, hətta rahat işləməyin mümkün olduğunu göstərmək üçün otağın şəklini çəkib göndərir və təkidlə xahiş edirlər. Belə insani keyfiyyətlərin fonunda görməmiş akademşəbəkə üzvləri nə qədər miskin və cılız görünür, İlahi!
Bəli, məni yaşadan, güc verən, bütün çətinliklərə, xəstəliklərə sinə gərdirən tək səbəb pula səcdə edən akademşəbəkə üzvlərindən fərqli olaraq fitrətimdəki inanc və ümiddir. Faydasız və ya zərərli can bəsləyib 76, ya 79, ya da 87 yaş yaşamaq niyyəti olacaq qədər nə ümidli, nə də sadəlövhəm. Ömür də az olsun, mənalı olsun!
100 il mənasız, hətta ziyanlı ömür sürməyin nə mənası?! Onsuz da zaman elə sürətlə ötür ki, 100 illə 50 il arasında fərq sezilmir..."

Geri qayıt