Əsas Səhifə > Üst manşet, Güney Press > Şəfəq qəsəbəsinə günəş nə zaman doğacaq...
Şəfəq qəsəbəsinə günəş nə zaman doğacaq...Dünən, 10:02 |
Bura Şəfəq qəsəbəsidir. Qəsəbə Bakı-Sumqayıt stansiyası yaxınlığında yerləşir, buna görə də “Stansiya Sumqayıt” da deyilir. Qəsəbə sakinləri isə buranı həbsxana adlandırırlar. Burada 8 mindən çox insan yaşayır ki, onlar əsasən şəhid ailələri, qazilər və gözdən əlil şəxslərdir. Sakinlərin gündəlik zəruri tələbatlarını qarşılamaq üçün də, asudə zamanlarını dəyərləndirmək üçün də imkanları məhduddur. Müsahiblərimiz bildirirlər ki, yaxınlıqda iş yerləri yoxdur, işləyən insanlar isə gəlirlərinin bir hissəsini ictimai nəqliyyata xərcləməli olur ki, qəsəbənin özündə gəlirlərini xərcləyəcəkləri ictimai nəqliyyatı belə tapa bilmirlər. Onların sözlərinə görə, qəsəbəyə gələn marşrut avtobusları arasında saat intervalı çoxdur, müəyyən saatdan sonra isə ümumiyyətlə gəlmir. İctimai nəqliyyat və mobil operatorla yanaşı sakinlər kanalizasiya ilə bağlı, təcili tibbi yardımla bağlı da problemlər yaşayır, zəruri ərzaqları almaq üçün belə xeyli yol qət etməli olurlar. Bunlardan əlavə, insanların sosiallaşması üçün kafe, restoran, çay evi yoxdur, yeganə park isə qəsəbənin sonunda yerləşir. Bütün bu problemlərlə bağlı aidiyyatı qurumlara yazılı və şifahi dəfələrlə müraciət etdiklərini bildirən müsahiblərimiz heç bir nəticə əldə edə bilməyiblər. Geri qayıt |