Əsas Səhifə > Üst manşet, Güney Press > "Bu heç şeytanın da ağlına gəlməzdi..."
"Bu heç şeytanın da ağlına gəlməzdi..."Dünən, 08:32 |
Tovuz rayonu, Qaradaş kənd sakini, ağır xəstə, əmək qabiliyyətsiz Mövsümov Nəbi Şəmistan oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də "DİA-AZ"a daxil olan müraciətdə deyilir: "Çox hörmətli cənab Prezident. Əvvəlcə bir daha xatırlatmaq istəyirəm ki, mən vaxtilə yıxılaraq ağır dərəcəli kəllə-beyin travması almışam. Dəflərlə müalicələr almağıma baxmayaraq sağalmaz xətəlikdən indiyə qədər əziyyət çəkirəm. Doğrudur, 2001-ci ildən yaşadığım zona üzrə ƏƏSMN-nin 16 saylı Tibbi Sosial Ekspertiza Komisiyası tərəfindən hər ili məni müayinə etmiş və hər il təkrar olunmaqla əlillik təyin edilmişdir. Xəstəliyimin sağalmaz olduğunu və əmək qabiliyyətsiz olduğumu nəzərə alan 16 saylı TSEK komisiayası 2004-cü ildən etibarən mənə müddətsiz əlllik təyin etmişdir. Mən 2023-cü ilə qədər əlilliyə görə pensiya almışam. Və birdən mənim müddətsiz əlilliyimi dayandırlması haqqında absurd qərar qəbul etmişlər. Səbəbini də belə bir formal və əsasız olaraq cavablandırmışlar ki, bəs Mövsümov Nəbi son 19 il ərzində pensiyası hesablanaraq ona ödənilməmişdir. Halbuki, mən hər ay dövlətdən aldığım əlillik pensiyası ilə yaşamışam. Digər işlərdə işləyə bilməmişəm. Mən bunu bacarmıram axı. Cənab Prezident! Görün bu Agentliyin rəhbərliyi nə qədər vicdanını itirib ki, dövlətin mənə ayırdığı və verdiyi pensiya məbləğini mənim şəxsən almadığımı bəhanə edərək əlillik pensiyamı əsasız olaraq dayandırmışdır. Belə bir əsasız cavb hazırlamaq və rəsmiyyətə salmaq heç şeytanın da ağlına gələ bilməz. Odur ki. Sizdən xahiş edirəm ki, Maliyyə Nazirliyi tərəfindən mənim əlillilk pensiyamın ödənilməsi üçün 2001-ci ildən 2023-cü ilə qədər olan dövrdə mənə büdcədən olan ödənişlərin səbəbləri araşdırlaraq ortalığa çıxsın görək niyə dövlət mənə bu illər ərzində pensiya vermişdir. Mən fiziki əlil bir şəxs olaraq bu adamlara başa sala bilmirəm ki, 22 il əllik pensiyaı almışam və xərcləmişəm. Xahiş edirəm ki, Siz bu ƏƏSMN-nin həkim komissiyasının üzvlərinizə göstəriş verəsiniz ki, sağalmaz xəstəlik diaqnozu qoyulan əmək qabiliyyətsiz olduğuma görə müddətsiz əlllik təyin edilən mənə son 22 il ərzində guya əmək pensiyası almadığımı bəhanə edərək əlillik pensiyamın 2023-cü ildən dayandırlması haqqında verdikləri əsassız qərara yenidən baxıb mənim əlillik pensiyamın verilməsini bərpa etsinlər. Cənab Prezident! Sizdən çox xahiş edirəm. Mənim təqdim etdiyim sənədərin əvvəlcə əsaslar üzrə müstəqil həkim komissiyası tərəfindən bir daha yoxlanılaraq əlilliyin yenidən müəyyən edilməsi üçün əsassız rəyin verilməsinə və ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin saxta və əsassız rəyi Daxili Nəzarət və Audit şöbəsi tərəfindən araşdırılaraq qiymət verilsin. Və saxtakarların cəzalanması üçün hüquq –mühafizə orqanlarına təqdim yazılması barədə göstərişlər verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımı bildirirəm..." Geri qayıt |