"MilliÖN Şirkətinin keçirdiyi lotereya oyununda 200 manat qazanmışam, amma uduşu ala bilmirəm". "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Əsgər Ramazanlı adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "15 gündür ki, pulu köçürmürlər. Hər dəfə zəng edəndə "bu həftə köçəcək" deyib, yola verirlər.
Əgər uduşu verməyəcəkdinizsə, niyə yalandan həvəsləndirirsiniz camaatı? Bir o qədər çətin işdi köçürmə etməyiniz?
Artıq uduşun yarı pulu qədərində xərc çəkib sizin qaynar xəttinizə zəng etmişəm..."










