Əsas Səhifə > Reklam / Güney Press > YAP-ın yubiley tədbirində Veysəloğlu Şirkətlər Qrupu mükafata layiq görüldü
YAP-ın yubiley tədbirində Veysəloğlu Şirkətlər Qrupu mükafata layiq görüldüBu gün, 10:49 |
|
Bakının Nizami rayonunda Yeni Azərbaycan Partiyasının təsis olunmasının 33-cü ildönümü münasibətilə “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə partiyanın yaradıcısı Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra partiyanın təsis olunmasının 33-cü ildönümü münasibətilə hazırlanmış videoçarx nümayiş etdirilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Türk Ağsaqqalları İctimai Birliyinin sədri, professor Südeyf İmamverdiyev, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsi müdirinin müavini Rafael Gülməmmədov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları çıxış ediblər.
Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasının siyasi-ideoloji fəaliyyətində, dövlət siyasətinin təbliğində, 2024 və 2025-ci illərdə ölkədə keçirilmiş Prezident, Parlament və Bələdiyyə seçkilərində yüksək vətəndaşlıq və vətənpərvərlik nümayiş etdirən mobil qruplar və partiya fəallarının təmsil olunduqları təşkilatlar mükafatlandırılıb.
Mükafata layiq görülənlər sırasında Veysəloğlu Şirkətlər Qrupu da yer alıb. Tədbirdə şirkətə təqdim olunan mükafatı korporativ funksiyalar üzrə müavin, İcra Komitəsinin üzvü İlqar Nuri qəbul edib.
"DİA-AZ"
Geri qayıt |