Əsas Səhifə > Reklam / Güney Press > AZAL-ın bu günə planlaşdırılan bəzi reysləri ləğv olunub, bəziləri ayın sonuna qədər dayandırılıb
AZAL-ın bu günə planlaşdırılan bəzi reysləri ləğv olunub, bəziləri ayın sonuna qədər dayandırılıbDünən, 15:39 |
Yaxın Şərqdə baş verən son hadisələr və bölgədə bir sıra ölkələrin hava məkanlarının bağlaması ilə əlaqədar “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu gün həyata keçirilməsi planlaşdırılan bəzi reysləri ləğv olunub. "DİA-AZ" AZAL-a istinadən xəbər verir ki, bunlar aşağıdakılardır: • Bakı – Dammam – Bakı (J2 8205/8206) • Bakı – Bəhreyn – Bakı (J2 505/506) • Bakı – Ər-Riyad – Bakı (J2 8203/8204) • Bakı – Lahor – Bakı (J2 145/146) Bundan əlavə, aşağıdakı istiqamətlər üzrə bütün reyslərin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib: • 18 iyun – 30 iyun tarixlərində Bakı – Təl-Əviv – Bakı • 19 iyun – 30 iyun tarixlərində Bakı – Tehran – Bakı Ləğv edilmiş və ya dayandırılmış reyslər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və yaxud biletlərin cəriməsiz dəyişdirilməsi hüququna malikdirlər. Bununla bağlı sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər. Geri qayıt |