Əsas Səhifə > Reklam, Güney Press > “Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir
“Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edirBu gün, 10:25 |
İnnovasiya və sürət lideri “Bakcell” prestij və fərqliliyi sevən müştəriləri üçün xüsusi olaraq 100 seriyalı nömrələrini təqdim edir. Yeni seriya çərçivəsində müştərilər “055 100 XX XX” formatında unikal nömrələr əldə edə biləcəklər. Modern.az xəbər verir ki, yeni 100 seriyalı prestijli nömrələri "Bakcell"in rəsmi satış məntəqələrindən fiziki SIM və eSIM, həmçinin rəsmi vebsayt və mobil tətbiq vasitəsilə eSIM olaraq əldə etmək mümkündür. Yeni seriyalı nömrələri onlayn şəkildə əldə etmək üçün sadəcə www.bakcell.com/esim səhifəsinə keçid etmək kifayətdir. Link vasitəsilə, həmçinin smartfonun eSIM-i dəstəkləməsini yoxlamaq olar. Geri qayıt |