Əsas Səhifə > Reklam, Güney Press > “Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib22-11-2024, 17:34 |
İnnovasiya və sürət lideri “Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib. Tədbirə spiker qismində “Bakcell”in Marketinq direktoru Elxan Sadıqzadə, “PwC Azərbaycan”ın Məsləhət xidmətləri departamentinin rəhbəri Fərid Qattal və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnnovasiyalar üzrə rəhbəri Evgeniya Bikmurzina qatılıblar. Müzakirələr “Bakcell”in Korporativ kommunikasiyalar və ictimaiyyətlə əlaqələr üzrə direktoru Aysel Süleymanovanın moderatorluğu ilə baş tutub. Tədbirin keçirilməsində məqsəd süni intellekt və innovativ texnologiyaların dayanıqlı inkişaf hədəflərinə çatmaqda oynadığı mühüm rolu, eləcə də yaşıl texnologiyalara keçidin ətraf mühit və iqtisadiyyat üçün yaratdığı perspektivləri müzakirə etmək olub. İştirakçılar qeyd ediblər ki, süni intellekt əsaslı yeni texnologiyalar resurslardan daha səmərəli istifadəyə, həmçinin iqlim dəyişikliyi ilə mübarizədə yeni yanaşmalar tətbiq etməyə imkan verir. Vurğulanıb ki, süni intellektin tətbiqinin genişlənməsi ekoloji və iqtisadi dayanıqlığı gücləndirərək daha yaşıl və dayanıqlı gələcəyin qurulmasına önəmli töhfə verəcək. İnteraktiv formada təşkil olunan panel müzakirəsi sual-cavab sessiyası ilə davam edib. Tədbir “Bakcell”in dayanıqlı inkişaf hədəflərinə çatmaq və yaşıl texnologiyalar vasitəsilə iqtisadi inkişafa töhfə vermək istiqamətində öhdəliyinə sadiqliyini göstərir. Geri qayıt |