Əsas Səhifə > Güney Press, Araşdırma > RƏSMİ TEHRANIN ÇƏNƏSİ YORULMAYIB

RƏSMİ TEHRANIN ÇƏNƏSİ YORULMAYIB


11-09-2012, 12:23
RƏSMİ TEHRANIN ÇƏNƏSİ YORULMAYIB

HƏLƏ DƏ GİROV ŞAİRLƏRİN MİNNƏTİNİ QOYURLAR

Azərbaycanlı şairlərin azad edilməsi məsələsində İran humanizm, islam mərhəməti və Azərbaycanla mehriban qonşuluq münasibətləri mövqeyindən çıxış etdi. Bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi Şərqi Azərbaycan vilayətində jurnalistlərə bildirib. Trend-in məlumatına görə, xəbəri İranın MEHR agentliyi yayıb.

Salehi Azərbaycanı İranın etibarlı tərəfdaşı adlandırıb. Onun sözlərinə görə, Azərbaycanın rəsmi nümayəndələri bunu dəfələrlə təsdiqləyiblər.

"Azərbaycan və İranı tarix, mədəniyyət və din birliyi birləşdirir və Tehran həmişə Bakı ilə yaxşı münasibətlərdə maraqlı olub. Hər hansı xırda problemləri isə diplomatik yollarla həll etmək olar", - İran XİN-in rəhbəri bildirib.

(diaaz.space) Belə yerdə deyirlər, yetimin papağını başından götürüb, sonra da başına qoymaqla sevindirirlər...

Geri qayıt