Əsas Səhifə > Sosial, Manşet > İCRA BAŞÇISI QOÇULUQ EDİR

İCRA BAŞÇISI QOÇULUQ EDİR


29-10-2011, 12:02
İCRA BAŞÇISI QOÇULUQ EDİR

LÜTVƏLİ BABAYEV MÜAVİNİNİ DÖYÜB

DİA.AZ: - Zərdab rayonunu əmlakı, istehsalat həyatını bağı-bağçası hesab edən rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev müavinini döyüb. Buna səbəb müavininin (müəyyən səbəblərdən hələlik onun adını açıqlamarıq) onun əmr və göstərişlərinə əməl etməməsi olub.

“Dünya” İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) rayondakı qaynaqlardan verilən məlumata görə, Lütvəli Babayev müavininə göstəriş verib ki, rayon ərazisindən ona 50 ton qara metal toplasın, "Eurovision" mahnı müsabiqəsi üçün idarə, müəssisə və sahibkarlardan 100 min manat vəsait yığsın, o cümlədən işdən çıxarmaq istədiyi bir neçə idarə, müəssisə rəhbəri var ki, onları çağırıb, təkrar fərdi qaydada söhbət etsin, ərizələrinin alımasını tezləşdirsin.

Müavin birincinin mümkünsüz olduğunu, rayonda kanalizasiya borularının belə doğranılaraq "qara bazar"da satıldığını bildirdikdə Lütvəli Babayev qəzəblənib, müavininə bir neçə sillə vurub. Zərərçəkmiş dərhal ərizəsini yazıb və onunla işləməyəcəyini bildirib. Vəziyyətin xeyrinə işləməyəcəyini görən başçı müavininin ərizəsini cırıb və onun könlünü birtəhər ala bilib. Nəzərinizə onu da çatdıraq ki, Lütvəli Babayevin qardaşı, Mingəçevir şəhərinin axundu Hacı Xanəli Babayev də 2008-ci ilin oktyabrında, yəni bu ayda şəhər sakini, suvaqçı işləyən Ramiz Məhəmməd oğlu Süleymanovu döyərək, çənəsini sındırmışdı.

Əldə etdiyimiz məlumata görə, Prezident Adminstrasiyasında Lütvəli Babayevdən olan çoxsaylı şikayətlər müzakirə olunub və onun "vurulması"na qərar verilib. Bundan duyuq düşən və vəzifədə son günlərini yaşayan Lütvəli Babayev fürsətdən istifadə edib rayonun olan-qalan varidatını da özü ilə aparmaq istəyir.

Geri qayıt