Əsas Səhifə > Cəmiyyət, Manşet > QƏDDAFİYƏ EHSAN VERMƏK İSTƏYƏNİ HƏBS EDİBLƏR
QƏDDAFİYƏ EHSAN VERMƏK İSTƏYƏNİ HƏBS EDİBLƏR26-10-2011, 17:49 |
KLİNİKALARDAN BİRİNİN RƏHBƏRİ QƏDDAFİ İLƏ BAĞLI BAŞSAĞLIĞI VERİB DİA.AZ: - Bir neçə gün əvvəl məlumat verərək bildirmişdik ki, Bakının Badamdar deyilən ərazisində sakinlərdən biri Liviyanın qətlə yetirilən prezidenti Müəmmər Qəddafinin ruhuna 3 mərasimi vermək niyyətindədir. Özünün Elşən Mirəzliyev adlı sahibkar olduğunu bildirən Badamdar sakini Qəddafinin ölümündən təəssüfləndiyini də bəyan etmişdi. Lakin buna baxmayaraq, Elşən Mirzəliyevin arzusu ürəyində qalıb. Onun Qəddafi üçün yasa mərasimi təşkil etmə niyyətinə düşməsi ona baha başa oturub. Bu barədə redaksiyamızı bilgiləndirən sahibkarın sözlərinə görə, yerli polis işçiləri həmin gün onu həbs edərək 3 sutka cəza kəsiblər. Və bununla da mərasim baş tutmayıb. Bildirək ki, Elşən Mirzəliyev «Badamdar» xeyir-şər evində ehsan süfrəsi açmaq niyyətində idi. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) daxil olan bir məlumat da bizi heyrətləndirdi. Belə ki, Bakıda fəaliyyət göstərən «SMC» Stomotoloji Klinikasının rəhbərliyi öz işçilərinə Qəddafinin ölümü ilə bağlı başsağlığı verməyə hazırlaşıb və bu məqsədlə hətta redaksiyası «Azərbaycan» dövlət nəşriyyatında yerləşən qəzetlərdən birinə müraciət də edib. Mənbə bildirir ki, redaksiya belə bir mətndə başsağlığını dərc etməkdən imtina edib: «Halbuki bunun müqabilində sözügedən stomatoloji klinikanın rəhbərliyi cid məbləğdə pul təklif edirmiş». Geri qayıt |