Əsas Səhifə > Ölkə > “VERİLƏN CƏZANI GÜNƏGÜN YATACAM”

“VERİLƏN CƏZANI GÜNƏGÜN YATACAM”


25-10-2011, 16:38
“VERİLƏN CƏZANI GÜNƏGÜN YATACAM”

AMAY ŞEFİ TEXNİKABANK-A CAVAB VERDİ

DİA.AZ: - Uzun müddətdir, mətbuatda dava aparan “AMAY” Ticarət Mərkəzinin sahibi, Demokratik İslahatlara Vətandaş Dəstəyi İctimai Birliyinin sədri Abdulla Abdullayev bu günlərdə onun açıqlamalarına münasibət bildirən “TexnikaBank” rəhbərliyinə cavab verib.

“Dünya” İnformasiya Agentliyi (diaaz.space) olaraq cavab məktubunu olduğu kimi diqqətinizə çatdırırıq: “Mən Demokratik İslahatlara Vətandaş Dəstəyi İctimai Birliyinin sədrliyinə özümü qorumaq, həbsə düşməmək üçün gəlmədim.Mənim fəaliyyətimi çox adamlar unudur. Hələ Sovet imperiyasının dövründən hər gün tutulma ehtimalı ilə yaşayan insanam. Hər kişinin işi də deyil ki, həbsi gözə alıb yaşasın. Tutulmaq, həbs olunmaq hər kəsin başındadır. Sizə də söz verirəm ki, əgər Azərbaycan Respublikasının qanunlarının hər hansı birini pozaramsa, ədalətli qərarlar çıxardarlarsa, heç kimdən əfv diləmədən verilən cəzanı günəgün yatacam. Amma “Texnikabank” ASC rəhbəri Etibar Əliyevdə söz versin ki, həbsə düşəcəyi təqdirdə əfv diləməyəcək. Çünki bugündə olmasa sabah onu qanun qarşısında oturtduraçağam. Bəziləri mənim keçmişimi yadlarından çıxardır. Nə satdım, nə satıldım! Azərbaycan cəmiyyəti hər kəsi yaxşı tanıyır. Qaşıyarsız satılanlardan, satdıqlarından danışsam bəzi insanlar yedikləri çörəyə nifrət edər. Bəzi insanların düşüncələrinə təəssüflənirəm. Birisi insan hüquqlarının müdafiəçisi üçün fəaliyyət göstərmək istəyəndə bir söz, dövlətə və dövlətçiliyə xidmət edəndə bir söz, müxalifət olanda isə başqa bir söz deyirlər. Qaldı ki, ekspertlər rəy verirsə, hazıram ekspertlərlə dəyirmi masada müzakirə etməyə. Mən müstəqil adamam. Hər zamanda müstəqil qərar qəbul etdim. Mövqeyim hər kəsə məlumdur. İstəsəm iqtidara istəsəm müxalifətə keçərəm. Bunu edəndə də bir kimsədən məsləhət almaram. Hər hansı qərara gəlsəmdə bunu Dövlətim və Dövlətçiliyim üçün edərəm. Ədalət nə qədər bərqərar olmayıb hüquq və haqlarımız üçün mübarizə aparaçağıq. Çox təəssüflənirəm ki, bəzi insanlar avazla namazı səhv salırlar.

“Texnikabank” ASC – nin resurslarını qaytarılma məsələsinə gəldikdə isə, bankın rəhbəri Etibar Əliyev öz dili ilə deyib ki, aparsın sənədləri versin Elmar Rüstəmova və çıxıb getsin. Əgər “Texnikabank” ASC- nin resursları geri almaq fikri var idisə, əgər A.M.A.Y –ın mülkündə gözü yox idisə, nədən 2 ay qabaq 12 milyon krediti qeydiyyata salır, faizləri silir, kredit veriləndən 2 ay sonra müddət tamam olmadan mülki işi cinayət işinə çevirərək Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi açdırır. “Texnikabank” ASC – də olan girovlar bu vəsaitin 3 qatıdır. Nədən mülki işi cinayət işinə çevirir, əgər heç bir marağı yox idisə! Mən müraciəti Baş Prokurora ünvanlamışdım. “Texnikabank” ASC – nin rəhbəri Etibar Əliyevin eyni zamanda Baş Prokurorluğunda mətbuat xidmətinin rəhbəri olduğunu mən bilmirdim. Bank rəhbərliyi deyir ki, vəsaitləri təyinatı üzrə xərcləməyiblər. Bir gün ərzində açılan firmaya verilən vəsait təyinatı üzrə idisə, nədən vəsaiti bütöv şəkildə 1 gün ərzində ödənilib.Mən özüm banka rəhbərlik etmişəm. Bank qanunlarını yaxşı bilirəm. Hansı resurslar təyinatı üzrə, hansı resurslar maraqlar üzrədir.

Bugün olmasa sabah bu məsələlər araşdırılacaq. Kimin vəsaitləri mənimsəməsi, kimin mənimsəməməsi ortaya çıxacaq. “Texnikabank” ASC öz mənimsədiklərindən danışsın. Bankın dayanıqlığından danışırlar. Əgər dayanıqlılığı yüzlərlə insanı həbsə saldırmaq, mal mülkünü əldə etməklə inkişaf etdirilirsə, bu bank idarəetmə üsulu deyildir. İnsanları aldatmaqdan danışılırsa əgər, vətəndaşlardan depozit qəbul edib, sonra onu qorxudaraq vəsaitini mənimsəməkdən siz danışın. Sizdə depozit qoyub vəsaitlərini geri istəyən vətəndaşların vəsaitlərindən danışın ki, bugündə məhkəmə yolu ilə bu vəsaiti tələb edirlər. Əgər bu dayanıqlı bank işlətməkdirsə, bunun adı dələduzluqdur, bank işlətmək deyildir.

Mən iş adamıyam. Bu adı qazanmaq üçün 20 il əziyyət çəkmişəm. Biznes dünyasına özümü tanıtdırmışam. Hər şey gəlib gedəndir. Vəzifələrdə, hakimiyyətdə. Bu ad daim yaşayandır. Bu adı heç nəyə dəyişmərəm”.


Geri qayıt