Əsas Səhifə > Sosial, Manşet > ZİYA MƏMMƏDOV DANLANILIB
ZİYA MƏMMƏDOV DANLANILIB25-10-2011, 11:37 |
SƏBƏBSƏ NN MÜFƏTTİŞLƏRİNİN ÖZBAŞINALIQLARIDIR DİA.AZ: - Son günlər başı taksi biznesinə və köhnə sovet maşını sürən taksiçilərə qarışan nəqliyyat naziri Ziya Məmmədov deyəsən, tamahının güdazına gedəcək. Bu barədə redaksiyamıza iqtidar daxilindəki mötəbər mənbələrdən daxil olan informasiyada bildirilir ki, NN şefinə yaxın olan şəxslər bu günlərdə özbaşına qaydada paytaxtın bir neçə istiqamətində taksi kimi xidmət göstərən köhnə sovet maşınlarının sürücülərinə qarşı «əməliyyat» keçiriblər. Məlumatı verən mənbə bildirir ki, 4 NN müfəttişi Bakının Yasamal rayonu ərazisində, Yasamal bazarının yaxınlığında keçirdiyi reyd zamanı köhnə VAZ-2106 markalı avtomobillə taksi xidməti göstərib ailəsinin keçimini saxlayan 62 yaşlı Əlimuradov Qiyasəddin Fərzəli oğluna qrşı kobudluq ediblər. Bu barədə redaksiyamıza danışan hadisə şahidlərinin sözlərinə görə, NN müfəttişləri həmin sürücüyə yaxınlaşıb, onun maşınını əlindən almağa çalışıblar: «Yaşlı sürücü onlara xeyli müqavimət göstərsə də, alınmadı. Sonradan onun maşınını əlindən alıb apardılar». Halbuki həmin işçilərini taksi sürücülərinin üzərinə ruhlandıran və həvəsləndirən nəqliyyat naziri Ziya Məmmədovun özü də mətbuata verdiyi açıqlamsında bildirmişdi ki, NN müfəttişlərinin sürücünün maşınına toxunmaq ixtiyarları yoxdur. Bildirək ki, nazir bunu maşınların nömrələrinin NN müfəttişləri tərəfindən açılması hallarının artmasına münasibət bildirərkən söyləmişdi. İndi isə vəziyyət o həddə çatıb ki, Ziya Məmmədovun qoçuları hətta maşınları belə sürücünün əlindən alırlar. Redaksiyamıza dünən daxil olan bir başqa məlumatda isə bildirilirdi ki, Bakının bir başqa rayonunda - Xəzər rayonu ərazisində isə taksi sürücüsü öz maşını ilə birgə yoxa çıxıb: «Onun da NN müfəttişləri tərəfindən naməlum istiqamətə aparıldığı söylənilir». Bu arada iqtidar içindəki qaynaqlardan sızan informasiyaya görə, Ziya Məmmədovun öz şəxsi biznesi naminə köhnə sovet maşınları ilə taksi xidməti göstərən sürücülərə qarşı amansız rəftar nümayiş etdirməsi bu səbəbdən şikayətlərin də artmsına nədən olub. Artıq bu kimi hallrla bağlı prezident İlham Əiyevin elektron ünvanına da yüzlərlə şikayətin daxil olduğu söylənilir. Məlumatlı mənbə “Dünya” İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) bildirib ki, elə buna görə də keçən həftə prezident İlham Əliyev nəqliyyat naziri Ziya Məmmədovu yanına çağırıb: «Prezidentin Ziya Məmmədova məhz sovet maşınlarının taksi kimi xidmət göstərmələri ilə bağlı yaranmış gərginliyə görə danladığı söylənilir. Çünki bu məsələdən sonra iş yerinə dərhal qayıdan Ziya Məmmədov nazirliyin əməkdaşlarına köhnə sovet maşınlarına qarşı keçirilən reydlərin səngidilməsi ilə bağlı göstəriş verib». Mövzu diqqətimizdədir… Geri qayıt |