Əsas Səhifə > Sosial, Manşet > DÖVLƏT MƏMURUNUN ŞOK ETİRAFI

DÖVLƏT MƏMURUNUN ŞOK ETİRAFI


18-10-2011, 13:03
DÖVLƏT MƏMURUNUN ŞOK ETİRAFI

«KORRUPSİYA İLƏ MÜBARİZƏ ARTIQ BAŞA ÇATIB»

DİA.AZ: - Bu ilin əvvəlindən bütün ölkə miqyasında korrupsiyaya qarşı mübarizə elan ediləndə haqlı olaraq bütün bunların bir kampaniya olduğu, dövlət siyasəti olmadığı söylənildi. Artıq korrupsiya ilə mübarizə dönəminin başa çatdığı rəsmi dairələr tərəfindən də qeyri-rəsmi olaraq söylənilməkdədir. Bu barədə redaksiyamızın əməkdaşlarının bu günlərdə şahidlik etdiyi bir olay isə sübut kimi qəbul edilə bilər.

Əməkdaşımızın bildirdiyinə görə, bu günlərdə təsadüfi şəkildə «reket jurnalistikası»nın nümayəndələrinin biri ilə dövlət idarələrində çalışan məmurlardan birinin «anlaşmasına şahidlik edib: «Həmin «jurnalist» məmuru şantaj edən görüşə çağırmışdıvə əlində öz dili ilə desək, «fakt» olduğundan məmur da onun hüzuruna qaça-qaça gəlmişdi».

Əməkdaşımız söyləyir ki, kifayət qədər ciddi bir dövlət qurumunun nümayəndəsi olan həmin məmur «jurnalist»in giley-güzarına maraqlı formada cavab verib: ««Jurnalist» ona şikayətlənərək bildirdi ki, bir neçə ay əvvəl dəfələrlə zəng etməsinə baxmayaraq məmur telefonunu qaldırmayıb. Məmur da and-amana başladı: «Bildirdi ki, vallah, həmin dövrdə vəziyyətimiz çox ağır idi. Nə özümüz ala bilirdik, nə də başqasına hörmət etmə imkanımız var idi». Korrupsiya ilə mübarizə dövrünə işarə edən məmur söylədi ki, artıq hər şey geridə qalıb və yenə də əvvəlki qaydada «işləyə bilərlər». Yəni əvvəllər olduğu kimi, yenə də onun aylıq «dolyası» çatacaq».

Qeyd edək ki, əslində korrupsiya ilə mübarizəyə rəsmən nöqtə qoyulduğunu təsdiqləyən sübut yalnız bundan ibarət deyil. Məsələn, «Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) edilən şikayətlərdən aydın olur ki, artıq «kəfəni yırtmış nazir» adını almış təhsil naziri Misir Mərdanov bu günlərdə Bakıdakı orta məktəb direktorlarına yenidən aylıq haqq tələbi qoyub.

Bu barədə məlumatı verən Səbayel rayonundakı orta məktəblərin birinin müəllimi söyləyir ki, onun çalışdığı məktəbin direktoru da öz növbəsində onların hər birindən 100 manat pul tələb edir: «Bizə deyir ki, pul nazirə çatacaq. Hər bir məktəb direktorunun öhdəsinə konkret rəqəm qoyulub. Bizim məktəbdə də 200-ə yaxın müəllim var. Və bu hesabla direktorumuz 20 min manat pul verməlidir».


Geri qayıt