Əsas Səhifə > Siyasət, Manşet > VƏHABİLƏRƏ GÖRƏ HƏR İL 200 MİLYON DOLLAR
VƏHABİLƏRƏ GÖRƏ HƏR İL 200 MİLYON DOLLAR18-10-2011, 12:30 |
KÜVEYT RƏSMİ BAKI İLƏ NİYƏ HƏDƏ DİLİNDƏ DANIŞIR? DİA.AZ: - Məlum olduğu kimi, Küveyt-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, doktor Vəlid ət-Tabatabayinin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisdə olub. Məlumata görə, nümayəndə heyətini Milli Məclisdə Küveytlə dostluq qrupunun rəhbəri, millət vəkili Çingiz Əsədullayev qəbul edib. Görüşdə parlamentlərarası münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılıb. Vəlid ət-Tabatabayi görüşdə təkcə bundan danışmayıb. Elə xəbərlərdə də bildirilirdi ki, o, Bakıdakı “Əbu Bəkr” məscidinin fəaliyyətinin dayandırılması Küveytin xeyriyyə fondlarının Azərbaycandakı işinə mənfi təsir göstərə biləcəyini də xüsusi olaraq vurğulayıb. Əslində bu faktın özü çox ciddi məqamlardan xəbər verməkdədir. Söhbət Azərbaycanda fəaliyyətdə olan vəhabi icmalarının arxasında duran qüvvənin rəsmən özünü açığa çıxarmasından gedir. Çünki bu vaxta qədər Azərbaycan vəhabiləri ilə bağlı mətbuatda çox qaranlıq təəssüratlar var idi. Əslində Vəlid ət-Tabatabayinin vəhabilərə bu şəkildə sahib çıxması həm də digər mühüm bir məqamı ortaya çıxarmış olur. Məlum olur ki, vəhabilər Azərbaycanda özbaşına deyillər və onların fəaliyyəti üçün rəsmi Bakının qeyri-rəsmi icazəsi var. Və elə buna görə də Vəlid ət-Tabatabayi hətta rəsmi Bakını şantaj edə biləcək səviyyədə mövqe ortaya qoyur. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) daxl olan məlumatlarda vurğulanır ki, Vəlid ət-Tabatabayinin bu tonda dnışığı səbəbsiz deyil: «Küveyt dövlətinə aid xeyriyyə fondları tərəfindən Azərbaycan məmurlarına yaxın strukturlara il ərzində 200 milyon dollara yaxın pullar köçürülür». Mənbəmizin açıqladığı bu faktın özü belə dəhşətli mənzərəni ortaya qoyur. Yəni əgər vəhabilər həqiqətən də Azərbaycan dövlətçiliyi üçün təhlükə mənbəyi hesab olunurlarsa, o zaman bu təhlükəyə şərait yaradan elə ayrı-ayrı məmurlardır. Əslində bu işin araşdırılmasına ehtiyac var. Xatırladaq ki, Vəlid ət-Tabatabayi «Əbu-Bəkr» məscidinin bağlanmasından danışarkən bunları da söyləyib: «Bu məsciddə bir çox insan ibadət edirdi. O insanlar terror hadisəsi törədən cinayətkarlara görə məsuliyyət daşımamalıdır. Hesab edirəm ki, bu məscidin fəaliyyət göstərməməsi gələcəkdə Küveytin Azərbaycanda xeyriyyəçilik fəaliyyətini də dayandıra bilər», - deyə o qeyd edib. Ç.Əsədullayev isə bildirib ki, Azərbaycan Cənubi Qafqazda ən tolerant ölkə sayılır. Deputat “Əbu Bəkr” məscidi ilə bağlı məsələyə də aydınlıq gətirib: «Bu məsciddə terror aktı törədilmiş, nəticədə insanlar həlak olmuş və yaralanmışdı. İstintaq indiyə qədər davam edir. İstintaqı başa çatdıqdan sonra məscidin fəaliyyəti bərpa olunacaq. Siz Azərbaycanda 70-ə yaxın məscid tikmisiniz, bu gün onların hamısı fəaliyyət göstərir». Hər iki fikirdən də aydın olur ki, Azərbaycan tərəfi üveyt qarşısında izahat verəcək səviyyədə məsuldur. Bu isə mənbəmizin söylədiklərinin bir növ təsdiqi kimi də qəbul edilə bilər. Geri qayıt |