Əsas Səhifə > Ölkə, Manşet > HAKİMİYYƏT ADAMINDAN İLGİNC AÇIQLAMA

HAKİMİYYƏT ADAMINDAN İLGİNC AÇIQLAMA


17-10-2011, 15:05
HAKİMİYYƏT ADAMINDAN İLGİNC AÇIQLAMA

«RƏSMİ BAKININ MİLLƏTÇİ QÜVVƏLƏRƏ EHTİYACI YOXDUR»

DİA.AZ: - Hər bir dövlətin cəmiyyətin millətçi kəsiminə ehtiyacının olması faktdır. Doğrudur, millətçilik rəsmən bütün demokratik quruluşlu dövlətlər və hakimiyyətlər tərəfindən inkar edilir. Amma reallıq tamam fərqlidir. Məsələn, faktdır ki, Almaniyada sayları artıq 5 milyona çatan neofaşistlərin xidmətinlən rəsmi Berlin dəfələrlə yararlanıb.

Eləcə də bugünkü Rusiya hakimiyyəti skinhedlərdən və başqa rus şovinistlərindən ümumrusiya marağı naminə dəfələrlə istifadə edib. Bəs Azərbaycanda vəziyyət necədir? Bu barədə bu günlərdə iqtidarda təmsil olunan şəxslərdən biri ilə söhbət etdik və anonim qaydada açıqlanmasına razı saldığımız həmsöhbətimizin fikirlərindən aydın oldu ki, rəsmi Bakı bir çox sahələrdə olduğu kimi, barəsində danışdığımız istiqamət üzərə də anormal bir şəraiti yaradıb.

Hakim düşərgəyə yaxın çox nüfuzlu simanın “Dünya” İnformasiya agentliyi redaksiyasına (diaaz.space) bildirdiyinə görə, YAP iqtidarının millətçilərə ehtiyacı yoxdur və olmayacaq da: «Bu hal, əslində normal dövlətlərdə olur. Məsələn, qardaş Türkiyədə millətçilər mərhum Türkeşin sağlığında dövlətin vuran qolu hesab olunurdu. Azərbaycanda isə bu hal ona görə yaranmayacaq ki, dövlətin milli maraqlarla bağlı hər hansı problemi və yaxud da planı yoxdur. Hətta problem bolluğunda olsaq belə, hakimiyyət səmimi yox, saxta qüvvələrdən istifadə etməyi məqbul hesab edir. Yəni digər istiqamətlərdə olduğu kimi, bizdə meydana da saxta millətçilər buraxılır».

Bunu hazırki iqtidarın mahiyyəti ilə əlaqələndirən həmsöhbətimiz maraqlı bir faktı da açıqladı: «Əslində, YAP iqtidarı millətçilərdən daha çox ehtiyat edir. Diqqət yetirin, daha çox milli problemlərlə üz-üzə qalan Azərbaycanda sırf millətçi təşkilat ya yoxdur, ya da təşkilat olacaq səviyyədə deyil. Bu barədə bir düşünün».


Geri qayıt