Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > NEMƏT PƏNAHLININ QOHUMU DA ACLIĞA BAŞLADI
Əsas Səhifə > Partiya > NEMƏT PƏNAHLININ QOHUMU DA ACLIĞA BAŞLADI

NEMƏT PƏNAHLININ QOHUMU DA ACLIĞA BAŞLADI


22-05-2012, 15:04
NEMƏT PƏNAHLININ QOHUMU DA ACLIĞA BAŞLADI

MÜSAVATDAKI AKSİYA BÖYÜYÜR

Müsavat Partiyasının qərargahında keçirilən aclıq aksiyasının səkkizinci günüdür. Aksiyaya yeni qoşulanlar var.

Müxbirimiz Emil Salamoğlunun “musavat.com”-a verdiyi məlumata görə, Nemət Pənahlının qardaşı oğlu Pənah Pənahov da aclığa başlayıb. Onunla birlikdə Vidadi İsgəndərlinin qardaşı Oqtay İsgəndərli və sabiq baş nazir Pənah Hüseyn də aksiyanı davam etdirirlər.

Hələlik onlar səhhətindən narazılıq etmir. Eyni zamanda fəal xanımlar Lətafət Məlikova, Xuraman Bağırova, Nəzakət Muradova və Rəna Rəhmanova aclığa başlayıb.

Gün ərzində aksiyaçıları ziyarət edənlərin ardı-arası kəsilmir. Bu gün Finladiyanın İctimai Televiziyası və İsveç telereportyoru aclıq aksiyasından reportaj hazırlayıblar.


Geri qayıt