Əsas Səhifə > Sosial, Manşet > FHN ŞEFİ SƏRVƏT PEŞİNDƏ

FHN ŞEFİ SƏRVƏT PEŞİNDƏ


17-10-2011, 11:04
FHN ŞEFİ SƏRVƏT PEŞİNDƏ

KƏMALƏDDİN HEYDƏROV ƏMİR TEYMURUN DİGƏR QIZILLARINI DA AXTARIR

DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, Azərbaycanın Qəbələ rayonunda məşhur türk hökmdarı Əmir Teymura məxsus olduğu iddia olunan və dəyəri ölçüyəgəlməz hesab olunan xəzinə aşkarlanıb. Məlumatımızda onu da bildirmişdik ki, həmin xəzinəyə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun sahibləndiyi söylənilir.

Bildirək ki, Azərbaycan ərazisindən dəfələrlə tarixi xəzinələrin tapılmasına şahidlik etmişik. Amma hər dəfə bu barədə ictimaiyyətə dolğun məlumatlar çatdırılmayıb. Elə bu günlərdə baş verən olayların da mətbuatdan və ictimaiyyətdən gizlin tutulmasına çalışılır. Amma hadisə şahidləri redaksiyamıza bu günlərdə Qəbələ rayonu ərazisində baş vermiş yeni xəzinə tapıntısından danışaraq, növbəti tapıntının sirrlərə qovuşmasının qarşısını alıblar.

Məlum oldduğu ki, Qəbələ rayonu ərazisində yeni hava limanının inşası həyata keçirilməkdədir. Və bu səbəblə raoyn ərazisində müvafiq hazırlıq işləri həyata keçirilir. Hadisə şahidlərinin bildirdiyinə görə, inşaat meydançasında qazıntı işləri həyata keçirilərkən böyük bir xəzinə tapılıb.

Bu barədə redaksiyamıza məlumat verən rayon sakini bildirir ki, aşkarlanan xəzinənin qiyməti ölçülməzdir: «Xeyli sayda qızıl dolu küpələr tapılıb».

Onu da bildirək ki, hava limanının inşaasında çalışan türkiyəli işçilərdən biri də redaksiyamıza qızılın aşkarlanması faktını təsdiqləyiblər.

Onu da bildirək ki, tarixi mənbələrdə məşhur türk sərkərdəsi əmir Teymurun Qəbələ rayonu ərazisində böyük xəzinəsinin basdırıldığı haqda müəyyən fikirlər var. Və elə buna görə də, dəfələrlə ayrı-ayrı arxeoloji qruplar Əmir Teymurun həmin xəzinəsinin peşinə düşsələr də, bu günə qədər heç nəyə nail ola bilməmişdilər.

İndi isə Qəbələ ərazisindən tapılan xəzinənin məhz Əmir Teymura məxsus olduğu iddia edilir. Bu barədə redaksiyamızı bilgiləndirən tairixçi alimlərdən biri də vurğuladı ki, Qəbələdən belə bir xəzinənin tapılması mümkündür.

Rayon sakinləri isə bildirirlər ki, xəzinə tapılandan dərhal sonra əraziyə gələn bütün avtomobil yolları bağlanılıb: «Bu zaman əraziyə iki vertolyot daxil olur və hər kəs, hətta inşaat işlərini həyata keçirən fəhlələr, prorablar da ərazidən uzaqlaşdırılıb».

Mənbə bildirir ki, həmin qızıl xəzinəsi Bakıdan gələn vertolyotlarla daşınıb: «Bu barədə heç bir açıqlamanın verilməməsi isə artıq xəzinənin mənimsənilməsindən xəbər verir».

Onu da bildirək ki, hadisə şahidləri əraziyə gələn vertolyotların fövqəladə hallar nazirliyinə məxsus olduğunu bildirirlər. Elə buna görə də iddia olunur ki, Qəbələdən tapılan və Əmir Teymura məxsus olduğu iddia edilən qızıl xəzinəsini fövqəladə hallar naziri Kəmaləddin Heydərov mənimsəyib.

“Dünya” İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) daxil olan son məlumatlarda isə yeni faktlar ortaya çıxıb. Bu barədə həmin ərazidə inşaat işləri həyata keçirən şirkətin işçilərindən birinin söylədikləri: «İlk qazıntı zamanı 42 qızıl küpəsinə ulaşılıb. Həmin küpələrin hər birində 5-6 kiloluq qızıl-zinət əşyaları və Əmir Teymurun dövründə müxtəlif ölkələrdə basılmış qızıl sikkələr olub».

Mənbə bildirir ki, dərhal əraziyə Bakıdan tarixçi amlimlərdən biri də dəvət olunub: «Bütün bu işlər məxfi qaydada həyata keçirilməkdədir. Alim də aşkarlanan xəzinənin Əmir Teymura aid olduğunu təsdiqləyib və bildirib ki, hələ sovet vaxtlarından həmin xəzinə ilə bağlı qazıntı işləri həyata keçirilsə də, heç bir nəticəyə nail olunmayıbmış».

Mənbəyə görə, tarixçi-alim ortaya yeni iddia da qoyub: «Bildirib ki, xəzinənin tamamı aşkarlanmayıb. Buna görə də hal-hazırda da ərazidə inşaat işləri yox, qızıl axtarışı həyata keçirilir və kimsə ora yaxın buraxılmır».


Geri qayıt