Əsas Səhifə > Siyasət, Manşet > RAMİL USUBOVUN ƏLEYHİNƏ YENİ «FRAKSİYA»
RAMİL USUBOVUN ƏLEYHİNƏ YENİ «FRAKSİYA»17-10-2011, 10:59 |
RAMİZ ZEYNALOV ÖZ MÜAVİNİNƏ NAZİRƏ QARŞI KAMPANİYANI YÖNƏLTMƏ TAPŞIRIĞI VERİB DİA.AZ: - Bir müddət əvvəl daxili işlər naziri Ramil Usubovla aralarında konfliktin yarandığı söylənilən Respublika Dövlət Yol Polisi idarəsinin rəisi Ramiz Zeynalovun işi yenə də çətinə düşüb. Bu barədə “Dünya” İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) mötəbər mənbələrdən məlumat verilib. Xatırladaq ki, bu ilin əvvəlləri Ramil Usubovun Ramiz Zeynalovu görəvindən alacağı barədə məlumatlar yayılmışdı. Bunun səbəbi kimi isə DYP rəisinin eynilə bir zamanlar Bakı şəhər Baş Polis İdarəsinin sabiq rəisi Məhərrəm Əliyevin yolunu getməsi faktı göstərilirdi. Yəni bildirilirdi ki, Ramiz Zeynalov hakimiyyətdə Ramil usubovun əleyhinə çalışan qüvvələrlə işbirliyinə gedərək özünü nazir postuna hazırlayırmış. Lakin bu iş enində-sonunda Ramiz Zeynalova baha başa oturdu. Hətta sonradan Ramiz Zeynalovun özünün mövqeləri təhlükə altına düşdü. Proseslərin inkişaf axarı nəticəsində Ramiz Zeynalov yenidən DİN şefinin bayrağı altından keçmək məcburiyyətində qaldı. Bu barədə yayılan xəbərlərdə vurğulanırdı ki, Ramiz Zeynalov hətta buraxdığı səhvə görə, Ramil Usubovdan üzr də istəyib. İndi isə DYP şefinin yenidən meydan sulaması barədə məlumatlar yayılıb. Etibarlı mənbənin bildirdiklərindən belə məlum olur ki, Ramiz Zeynalov hakimiyyət içindəki antiusubovçu qüvvələrlə yenidən ortaq fəaliyyətə gəlb olunub: «Təbii ki, bu fəaliyyətin əsas hədəfi elə Ramil Usubovun özüdür». Mənbənin sözlərinə görə, sözügedən qüvvələr Ramiz Zeynalovu Ramil Usubovun sonunun çatdığına inandıra biliblər: «Və ona nazir postuna ən şanslı aday olduğunu da bildiriblər». «Bu gün diqqət edin, mətbuat işçiləri ilə DYP rəhbərliyi arasında çox isti münasibətlər var» deyən mötəbər mənbə, bu «məhrəmliyin» arxasında gizli sövdələşmələrin dayandığını da bildirdi: «Artıq bir neçə qəzetin rəhbəri ilə Ramil Usubovun əleyhinə mətbu kampaniyanın aparılması barədə anlaşma əldə olunub. Prosesin maliyyələşdirilməsi isə Ramiz Zeynalovun ən etibar etdiyi fiqurlardan birinə - DYP rəisinin birincü müavini Mübariz Şahbazova həvalə edilib». Mənbənin bildirdiyinə görə, Mübariz Şahbazov bu günlərdə iki baş redaktoru şəxsən qəbul edərək onları nazirə qoarşı təlimatlandırıb: «Bu işin kimin qələbəsi ilə başa çatacağı məlum olmasa da, əsas odur ki, artıq Usubova qarşı bir kampaniya start götürüb». Mənbə onu da vurğuladı ki, Ramil Usubovun İrəvana səfər etməsi də onun rəqibləri üçün göydəndüşmə fürsət olub: «Elə buna görə də, hətta görüşdə iştirak edən qəzet redaktorlarından biri əlaqədə olduğu QHT-lərin də nazirin əleyhinə kampaniyaya cəlb olunacağı barədə öhdəlik götürüb». Murad TƏHMƏZOV DİA.AZ - Geri qayıt |