Əsas Səhifə > Sosial > “POLAD ALEMDAR” VƏ “MEMATİ” AT OYNADIR
“POLAD ALEMDAR” VƏ “MEMATİ” AT OYNADIR14-10-2011, 11:28 |
“KURTLAR VADİSİ” MAFİYASI HÜQUQ MÜDAFİƏÇİSİNİ HƏDƏLƏYİR DİA.AZ: - Ucarda hələ də fəaliyyətdə olan “Kurtlar Vadisi” adlı mütəşəkkil cinayətkar dəstə öz iyrənc əməllərini həyata keçirir. Dəstənin polislə əlbir törətdiyi cinayət əməlləri barədə ölkə mətbuatında kifayət qədər fakt və maddi sübutlara əsaslanan materiallar dərc olunub. Ucardan “Dünya” İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) daxil olan müraciətdə qeyd olunur ki, yayımlanan materiallardan sonra polis daha da aqresivləşib. Cinayətlər barədə açıqlamalar verərək onları ifşa edən hüquq müdafiəçisi Taleh Xasməmmədovu nişana alıblar. Ucar rayon polis şöbəsinin rəis müavini İlham Əhmədov və baş müstəntiq Nazim Əhmədov himayə etdikləri “Kurtlar Vadisinin” “üzəduranları” ilə növbəti iyrənc planı hüquq müdafiəçisi Taleh Xasməmmədova qarşı hazırlayırlar. Etibarlı mənbənin verdiyi məlumata görə dəstənin “Polad Alemdarı” olan Şakir Ələkbərov və onun “Mematisi” Elçin Əliyev iyrənc planı icra etməyə başlayıblar. Artıq 2 ay müddətdir yoxa çıxan rəis müavini İlham Əhmədov yenidən polis şöbəsinə qayıdıb. Xasməmmədova qarşı hazırlanan plana şəxsən özü rəhbərlik edir. Qeyd edək ki, ucar rayonunda belə bir şayə yayılıb ki, guya İlham Əhmədov 2 ay müddətdə ölkədən xaricdə olub. Günahsız yerə şərlənərək həbs olunan ucar sakini Fuad Hüseynovun məhkəməsində yalançı zərərçəkmiş şəxs Cəfərov Akifə, şahidlər Mürsəlov Vidadi, taksi sürücüsü Ramilə təzyiq edərək ifadələrini dəyişmək və guyaki bunları Xasməmmədovun təzyiqləri nəticəsində etdiklərini boyunlarına qoymağa çalışırlar. Artıq bütün bunları Fuadın apelliyasiya məhkəməsinə qədər bitirməyi planlaşdırıblar. Xasməmmədovun sözlərinə görə bir müddət əvvəl ucar rayon polis şöbəsində ona cinayətkar dəstənin fəal “üzəduranı” və “memati”-si Əliyev Elçin tərəfindən daxil olmuş ərizə ilə cinayət işi açılıb. “polis şöbəsinin Həbib adlı əməkdaşı mənim mobil telefonuma zəng edərək məni şöbəyə dəvət etdi. Maraqlananda nə məsələdi? Bildirdi ki, səndən Əliyev Elçin tərəfindən şikayət ərizəsi daxil olub. Bundan başqa guya ki, mən kimlərəsə xəsarət yetirmişəm. Polis şöbəsinə getdim. Heç kimi tapa bilmədim. Səhəri günü təhqiqat rəisi Salahov Şükür mənə zəng edərək həmin işin rədd edildiyini dedi”. Hüquq Müdafiəçisinin Sözlərinə görə adıgedən Əliyev Elçininin cinayətkar olduğunu etiraf etdiyi və Azərbaycan hökümətini nalayiq söyüşlərlə təhqir etdiyi audio səs telefon danığını ucar rayon polis şöbəsinin Səbuhi adlı rəis müavininə və təhqiqat rəisi Şükür Salahova təqdim edib. Lakin cinayətkar hələ də polislə əlbir olaraq mənə qarşı sui-qəsd hazırlayır. “Həyatımla bağlı hər hansı təhlükə baş verərsə İlham Əhmədov məsuliyyət daşıyacaq”. Qeyd edək ki, bir müddət əvvəl hüquq müdafiəçisi Taleh Xasməmmədov ucarda baş verən olaylarla bağlı respublika prezidenti İlham Əliyev cənablarına və güc strukturlarının rəhbərlərinə mətbuat vasitəsilə müraciət edib. Geri qayıt |