Əsas Səhifə > Sosial, Manşet > YENİ ABU QALMAQALI YETİŞİR
YENİ ABU QALMAQALI YETİŞİR13-10-2011, 13:52 |
ƏHMƏD VƏLİYEVLƏ ELŞAD ABDULLAYEV ARASINDAKI PARALELLƏR DİA.AZ: - Bir müddət bundan öncə təhsil naziri Misir Mərdanov bir sıra təhsil müəssisələrinin, xüsusən də, orta və ali məktəblərin rəhbərlərinə nazirliyə daxil olan şikayətlərə əsasən, ciddi xəbərdarlıq etdi. Şikayət olunan təhsil müəssisələri sırasında "Odlar Yurdu" Universitetinin də adı yer almışdı. Əvvəllər Azərbaycan Beynəlxalq Universitetindən (ABU) tez-tez şikayətlər daxil olur, özəl ali məktəbin rektoru isə kimlərəsə, arxalanaraq nazirin xəbərdarlıqlarına əhəmiyyət verməməyə çalışırdı. Hazırda "Odlar Yurdu" da eyni durumu yaşayır. ABU-dan fərqli olaraq bu universitetin indiyə qədər bağlanmamasının səbəbi rektor Əhməd Vəliyevin parlamentə vəsiqə alması ilə bağlıdır. Hansısa görünməz əllər hələ də Əhməd Vəliyevin "xətrinə" dəymək istəmirlər. Etibarlı mənbənin “Dünya” İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) verdiyi məlumata görə, Əhməd Vəliyevin daxil olduğu çevrənin böyüklüyü bir o qədər nəzərə çarpmasa da, onun universitetdən başqa bir neçə iri biznes şəbəkəsi ilə əlaqəsi var. Bunlar da "Muğanbank" və "Jalə Biznes" MMC-dir ki, bu biznes obyektlərinin rəhbərlərinin Vəliyevin yaxın qohumlarının olduğu söylənilir. Əhməd Vəliyev istirahətə də "Muğanbank"ın rəhbəri ilə birgə gedir. "Odlar Yurdu" Universitetində qanunsuzluqluq və özbaşınalıq kulminasiya nöqtəsinə çatıb. Ali təhsil ocağında rüşvətin adət halına çevrildiyini deyəsən, korrupsiya ilə mübarizə apardığını bəyan edən rəsmilərimiz də qəbul etməyə başlayıblar. Lakin hansısa qüvvələr ali məktəbin rektoru Əhməd Vəliyevlə "dostluq müqaviləsi"ni pozmaq istəmir, onun universiteti barədə deyilənləri ört-basdır etməklə məşğuldurlar. Belə olmasaydı, heç kəsə universitet rəhbərliyinin daha çox gözdən pərdə asmaq məqsədi ilə keçirdiyi "islahatlarına" və şişirdilmiş "inkişaf" rəqəmlərinə göz yummazdı. Onun rüşvət üzrə yarışlarda "birinci" yeri tutması isə dəfələrlə ölkə mətbuatında işıqlandırılıb. Hazırda isə yay imtahanları mövsümü olduğundan ali məktəbdə rüşvətin tüğyan etdiyi bildirilir. Etibarlı mənbənin verdiyi məlumata görə, "Odlar Yurdu" Universitetində vəziyyət olduqca acınacaqlı bir durumdadır. Məlumatı verən mənbə hesab edir ki, Əhməd Vəliyevin rəhbərlik etdiyi bu ali tədris ocağı əslində, rüşvətin ilk dəfə mərkəzləşdiyi ünvan kimi qəbul olunmalıdır. Çünki ali məktəb özəl olduğu üçün burada qaydaları da rəhbərlik müəyyən edir. Rüşvət isə əsl "qaydaya" çevrilib. Əslində ali məktəblərdə rüşvət yeni problem deyil. Lakin "Odlar Yurdu" Universitetindəki durum tamam başqa məcrada cərəyan edir. Mənbə bildirir ki, tələbələr sözügedən məbləği ödədikdən sonra onlara hətta qəbz də verilir və bu qəbz də dekanatlığa təqdim olunur. Bununla da Əhməd Vəliyev özünün gəlirini standartlaşdırmış olur. Sözügedən mənbə onu da qeyd edir ki, "Odlar Yurdu" Universitetinin digər bir özəlliyi də onun rektorun ailəsinə xidmət etməsidir: "Əhməd Vəliyev bəlkə də yeganə rektordur ki, övladlarını da universitetin rəhbərliyinə gətirib, iki oğlunu özünə prorektor təyin edib". Geri qayıt |