Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Hadisə > SÜRÜCÜ DİRİ-DİRİ YANDI
SÜRÜCÜ DİRİ-DİRİ YANDI26-04-2012, 13:55 |
![]() “VAZ”-LA “KAMAZ” TOQQUŞUB Məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda Bakı-Qazax avtomobil yolunun 57-ci kilometrliyində “VAZ” markalı minik avtomobili ilə "KAMAZ" markalı yük avtomobilinin toqquşması nəticəsində yanğın baş verib. Nəticədə minik avtomobili yanıb. Yük avtomobili yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 02:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın yerinin kəşfiyyatı zamanı minik avtomobilinin sürücüsü - Qədir Qurban oğlu Ağayevin yanmış cəsədi aşkar olunub. Hadisə yerinə cəlb olunmuş xilasedicilər Q.Ağayevin cəsədini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 02:12-də başa çatmışdır. / faktxeber / Geri qayıt |