Əsas Səhifə > Sosial, Manşet > MOLLA SAYTI BU DƏFƏ DİA.AZ-I HƏDƏFƏ ALDI
MOLLA SAYTI BU DƏFƏ DİA.AZ-I HƏDƏFƏ ALDI17-04-2012, 13:53 |
DAĞILSIN DÜNYA! «ARANNYUS» BİZİ SİONİSTLƏRƏ İŞLƏMƏKDƏ SUÇLADI DİA.AZ: - Bir neçə gün əvvəl məlumat verərək bildirmişdik ki, Azərbaycan əleyhinə fəaliyyəti ilə diqqətə gələn, İranın xüsusi xidmət orqanlarının «arannyus» xəbər portalının internet ünvanı yəhudi hakerlər tərəfindən dağıdılıb. Son məlumatlardan isə aydın olur ki, sayt yenidən öz işini bərpa edib, amma nədənsə saytlarının dağıdılmasını etiraf etmək əvəzinə həm «Dünya» İnformasiya Agentliyini hədəfə alıblar və həm də saytlarının fəaliyyət göstərməməsini texniki problemlərlə əlaqələndiriblər. Halbuki DİA.AZ-a ötürülən son məlumatlar da təsdiqləyir ki, «arannyus» hakerlərin hədəfində olub. Burada bir maraqlı məqam da var ki, DİA.AZ-ı incəliklə izləyən «arannyus»çular nədənsə onların antiAzərbaycan fəaliyyətləri ilə bağlı yazdıqlarımızın heç birini inkar etmirlər. Və yalnız saytlarının dağıdılması xəbərinə etiraz edirlər ki, bu da əslində yazdıqlarımızın etirafı anlamını daşıyır. Əslində belə bir etirafa heç lüzum da yox idi. Ən azından «kor kor, gör gör» məsələsidir… Burada bir məsələ də var ki, fars-molla rejiminin təbliğat maşını özünün milli mövqeyi ilə seçilən DİA.AZ-ı sionistlərlə işbirliyində də suçlayır. Hər halda, belə bir ittihamın hədəfinə çevrilməyimiz bizi çox güldürdü. Məzəniz olsun… Beləliklə, «arannyus»un təmirdən sonrakı dönüşündə bizə qarşı yaydığı məlumatı diqqətinizə çatdırırıq: «Aran Beynəlxalq Araşdırmalar və Mədənyyət İnstitutunun müdiri Həqən Qulu serverinin dəyişdirilməsi üzündən saytın bir neçə gün fəaliyyətinin dayandırılmasına görə oxuculardan üzr istəməklə yanaşı bildirdi: "AranNews hal-hazırda öz fəaliyyətini yenidən başlayıb və və həmişə olduğu kimi Qafqaz regionu ölkələri, xüsusilə də Azərbaycan Respublikasında baş verən son hadisələrin xəbərlərini əziz oxucularının ixtiyarında qoyacaq". Həqən Qulu bu neçə gün ərzində müxtəlif ölkələrdən, əsasən də Azərbaycan Respublikasından saytın vəziyyəti ilə maraqlanan AranNewsin oxucularına təşəkkürünü bildirərək açıqladı: "Saytın materiallarının həcminin və müxtəlif ölkələrdə AranNewsin oxucuların artmasına diqqət etməklə, saytı texniki baxımdan gücləndirmək lazım idi. Əlhəmdulillah, bu zəruri iş yerinə yetirildi və saytın dayanması serverin dəyişdirilməsi üzündən idi". Aran İnstitutunun müdiri "diaaz.space" kimi bəzi azəri xəbər saytlarının AranNewsin İsrail hakerlərinin dəstəyi və Azərbaycan dövlətinin bəzi haker qrupları vasitəsilə sıradan çıxarılmasını xəbərinə də işarə edərək dedi: "AranNews fəaliyyətə başladığı ilk gündən indiyə kimi müstəqil sayt ünvanı ilə Qafqaz regionu ölkələri, xüsusilə də Azərbaycan Respublikasından şəffaf və açıq məlumatlarla verməklə, Azərbaycan ölkəsi xalqı istəyinin əksinə əməl edən, o cümlədən sionistlərin nüfuz etdiyi siyasi-iqtisadi dairələrin maraqlarını təhlükə ilə üzləşdirdiyindən həmişə kiber hücumlarına məruz qalmışdır. Amma xoşbəxtlikdən texniki komandadan yararlanmaqla və onların güclü dəstəyi ilə bu hücumların qarşısı alınmışdır. Saytdakı son dayanma kiber hücumları səbəbinə yox, saytın serverinin dəyişdirilməsi və onun imkanlarının artırılması üzündən olmuşdur". Bu media fəalı artırdı: "Azərbaycanın dövlət saytları öz sionist dostlarından aldıqları xəbərlər əsasında iddia etdilər ki, AranNews İsrail hakerlərinin dəstəyi və Azərbaycan dövlətinin bəzi haker qrupları vasitəsilə sıradan çıxarılmışdır. Onların bu xəbəri sionistlərin bu ölkənin mediasında nüfuzunu göstərməklə yanaşı, sionistlərin ən kiçik fürsətdən belə öz maraqlarına uyğun yayarlanmaq istəmələrini üzə çıxarır. Bu macarada da AranNewsdəki müvəqqəti dayanmanı özlərinə nisbət verməklə azəri mediasında nüfuzlarını artırmaq istəyirlər". Aran İnstitutunun müdiri sonda bildirdi: "Keçən son bir neçə gündə Azərbaycan, Rusiya, Gürcüstan və digər ölkələrdən yüzlərlə oxucu institutla əlaqə saxlayaraq, saytın vəziyyəti ilə maraqlanıblar. Bu mövzu AranNewsin Qafqaz dairəsində tutduğu mövqeni göstərir". Qeyd edək ki, "AranNews" Qafqaz regionunda aktiv saytların ən önəmlilərindən hesab olur.» Geri qayıt |