Əsas Səhifə > Sosial > AĞDAMIN YERDƏ QALANIN KİM İŞĞAL EDİB?

AĞDAMIN YERDƏ QALANIN KİM İŞĞAL EDİB?


15-09-2011, 13:20
AĞDAMIN YERDƏ QALANIN KİM İŞĞAL EDİB?

MƏCBURİ KÖÇKÜNLƏR YENİ SALINAN QƏSƏBƏDƏ CƏHƏNNƏM ZÜLMÜ ÇƏKİRLƏR

DİA.AZ: - Ağdamda məcburi köçkünlər üçün salınmış 12 qəsəbədə yaşamaq əsl cəhənnəm əzabıdır desək, yanımarıq. Həmin qəsəbələrdən birinin - Qasımbəyli qəsəbəsinin sakinləri “Dünya” İnformasiya Agentliyinə (diaaz.space) bildiriblər ki, qəsəbə ərazisində tam olaraq antisanitariya şəraiti hökm sürməkdədir: «Nə zibil qabı var, nə də zibilin atılmsı üçün müəyyən olunmuş ərazi. Gecələr isə küçələrə sahibsiz itlərin əlindən çıxmaq mümkün deyil».

Sakinlər bu işdə əsas günahkar kimi Ağdam rayon kommunal təsərrüfat idarəsinin müdiri İlya Cəfərovun adını çəkirlər: «Qəsəbələrin problemlərini həll edilməsi üçün nəzərdə tutulan maşınlar, hətta zibil maşınları belə özəl qurumlara icarəyə verilib. İlya Cəfərov bununla kifayətlənməyərək qəsəbələrdəki boş evlərə qanunsuz olaraq qeydiyyatlar təşkil edir və bunun da müqabilində hər adamdan 1500 manat pul alır».

Redaksiyamıza dünən axşam saatlarında daxil olan məlumatda bildirilir ki, sözügedən qəsəbənin sakinləri yezid zülmü ilə üzləşiblər: «Qəsəbə sakinlərinin su tələbatının ödənilməsi məqsədilə qazılan artezian quyuları «yarımcan» vəziyyətdə işlədiyindən, əhali yalnız gün ərzində 2-3 saat su götürə bilir».

Sakinlərin şikayətində qeyd olunur ki, Ağdam rayon suvarma sistemləri idarəsinin rəisi Şahmar Rzayev zamanında Dövlət Neft Fondunun vəsaiti hesabına alınan əlavə nasos qurğularını və boru xəttlərini satdığından bu gün məlum probelm yaranıb:

«Avadanlıqlar tez-tez təmirə dayandığından sakinlərin su ilə təminatında ciddi problemlər yaşanır. Ehtiyat hissələr isə çoxdan satılıb. İcra hakimiyyətinə bu barədə edilən şikayətlər isə qulaqardına vurulur».

Sakinlər bildirir ki, bu barədə Şahmar Rzayevin özü maraqlı izahat verib: «Deyir ki, mən icra başçısına vəzifəyə gələ bilmək üçün 30 min manat vermişəm. Bəs, həmin pulu hardan çıxarmalıyam».


Geri qayıt