Əsas Səhifə > Siyasət, Manşet > ŞAHİN MUSTAFAYEVİN YANLIŞI
ŞAHİN MUSTAFAYEVİN YANLIŞI8-10-2011, 14:06 |
İİN-NİN «GİLAN»DA YOXLAMA İSTƏYİ NAZİRƏ PROBLEM YARADIB DİA.AZ: - Bu gün mətbuat qarşısına çıxaraq Azərbaycanın olmayan iqtisadi inkişafından danışan Şahin Mustafayevlə bağlı redaksiyamıza ilginc faktlar ötürülüb. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasını (diaaz.space) məlumatlandıran Nazirlər Kabinetindəki mötəbər qaynağın bildirdiklərinə görə, Şahin Mustafayev bir neçə gün əvvəl fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qəzəb hədəfinə çevrilib. Bildirək ki, bir zamanlar vergilər nazirliyində çalışmış Şahin Mustafayev Kəmaləddin Heydərovun kadrı hesab olunur və həqiqətdə də bu belədir. Fərhad Əliyevin dəmir barmaqlıqlar arxasına göndərilməsinin ardından FHN şefi bu mühüm posta Heydər Babayevin gedişindən sonra öz adamını təyin etdirməyə müvəffəq olub. Məlumatlı mənbə iddia edir ki, Şahin Mustafayevin nazirliyinin əməkdaşları bir neçə gün əvvəl «Gilan» Holdinqə məxsus topdansatış mərkəzlərinin birinə baxış keçirmək istəyiblər: «Təbii ki, bu baxışın özü də simvolik xarakterdə idi». Amma buna baxmayaraq, işə şəxsən FHN şefinin qarışmsı, nəticədə Şahin Mustafayevin danlanması ilə bitən bu olay zamanı insident də yaranıb. Mənbə bildirir ki, bir neçə gün əvvəl Bakı sakinlərindən biri körpə uşağının «Jalə» şirələrindən zəhərləndiyi barədə korrupsiyaya qarşı mübarizə idarəsinə şikayətlənib. Sözügedən idarə isə şikayəti iqtisadi inkişaf nazirliyinə göndərib. Bundan sonra İİN-in ekspertləri «Jalə» şirələrinin saxlanma şəraiti ilə maraqlanmaq istəyiblər. Çünki zəhərlənməyə səbəb olan şirənin vaxtı keçməyibmiş. Beləcə, Kəmaləddin Heydərovun hədəfinə çevrilən Şahin Mustafayevin hələ də özünə gələ bilmədiyi söylənilir. Geri qayıt |