Əsas Səhifə > Hadisə > AHIL ZİYALI MƏMURDAN ŞİKAYƏT ETDİ
AHIL ZİYALI MƏMURDAN ŞİKAYƏT ETDİ8-10-2011, 13:15 |
XIRDA “PREZİDENTLƏR”İN ZÜLMÜ ƏRŞƏ QALXIB DİA.AZ: - Yasamal rayon sakini Nəsrulla Nurullayev “”Dünya” İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) şikayət məktubu göndərib. Həmin məktubu təqdim edirik: “07.02.2011-ci il tarixdə Bakıelektrikşəbəkənin Yasamal satış şöbəsi mənim elektrik xəttimi kəsdilər, 16.02. 2011-ci il tarixə kimi bizi qaranlığa məhkum etdilər. Səbəb kimi sayğaca müdaxilə bildirildi, lakin mənə akt verilmədi (bu günə kimi də aktı onlardan ala bilməmişəm). 16.02.2011-ci il tarixdə Yasamal enerji satışı şöbə rəisi Elnur 320 manat pul tələb etdi, bağlanmış 800 manat aktını ləğv etmək üçün. Mən imtina etdim o vəsaitin mümkün olaraq ödəmək qabiliyyətində olmadığımı bildirdim, mənim iştirakım olmadan bağlanmış aktı və ya surətini tələb etdim - vermədilər. Qaranlıqda qalmamaq üçün, oğlum borc tapıb 306 manat ödəyəndən sonra cərəyan xəttini bərpa etdilər, bildirdilər ki, iki aydan sonra aktı silib sizə bildirərik. Get-gəl uzandı İyun ayında Elnuru işdən azad etdilər, 16.06.2011-ci il tarixdə bizə borc barədə elan etdikdə, mən rəsmi qaydada Yasamal elektrik şəbəkə şöbəsinə 306 manatın qaytarılması ilə əlaqədar ərizə ilə müraciət etdim, bu gunə kimi onlardan konkret cavab ala bilməməklə - tamamilə elektrik enerjisindən məhrum oldum. 20.06.2011-ci il tarixdən bütün kabellərimi kəsib götürüb apardılar. Müxtəlif distansiyalara müraciət etdim, hətta ölkə başçısına elektron poçtu ilə müraciətlər olsa da, elə Bakıelektrikşəbəkə-yə ünvanlandırıldı. 16.07 2011-ci il tarixdə şəbəkənin elektrik satışı şöbə rəisi Ələkbər Əliyev məni təhqir və nalayiq sözlərlə abrımı aldı, məni "oğru" adlandırdı, məhz bu səbəbdən də yanımda olan "kodak" markalı şıfrəli fotoaparatı işə saldım onun təhqiramiz söz və ifadələrini yazdım. Onun özünü "buranın prezidenti mənəm" get kimə istəyirsən şikayət elə deyib, fotoaparatı əlimdən almağı - mühafizə işçilərinə əmr etdi. Onlar da mənə güc tətbiq etməklə aparatın yaddaş kartını sındırdılar. Nəhayət 05.10 2011-ci il tarixdə birdə müraciətdən sonra yenə məni onun yanına getməyə bizim mətbuat nümayəndəmiz Tanrıverdi müəllim təkidi ilə getdim ki, xəttimi bərpa etsinlər, lakin yenə həmin səhnə davam etdi (hər ikimiz yaşlı olduğumuz üçün mən barışıq seçmişdim). Bu hal çox dərin təəssürat yaratdı məndə - məhz bu səbəbdən bütün bunları qələmə almağı qərarlaşdırdım. Axırıncı dəfə harınlamış məmur töküntüsü olan haram pul yeməklə özünü adam yerinə qoyan bu şəxsin iç üzünü açmağa məcbur oldum. Mən istəmirdim ki, aramızda olan xoşagəlməz bu səhnə ictimaiyyətə açıqlansın, lakin onun bu ifadəsi mənə təsir etdi ki, " buranın prezidenti mənəm"- "get kimə istəyirsən şikayət et!" bu sözləri çox şikayətçilər belə kiçik məmurlardan eşidirlər. Cəmiyyəti yoluxduran belə ünsürlər görünür bu iqtidara lazımdır - əgər lazım olmasaydı o kresloda oturub bu sözləri açıq-açığına deməzdi. Allah bu xalqa böyük sərvət qismət edib, yer altı və yer üstü sərvətlərə malik edib, nə faydası ki yaşayış minimumu çox aşağı səviyyədədir. Gündəlik tələbat göz açmağa insanı qoymur, heç dərman və ya kommunal xərcləri ödəmək mümkünlüyünü demirəm. Yəqin ki, böyük məmurlar aşağı təbəqəni heç düşünmürlər, günü-gündən bahaçılıq artmaqda davam etməkdədir, onsuz da ət üzünə həsrət olan aztəminatlı təbəqə - ət yeməsə də olar. Axırda bir qarın çörəyə həsrət edəcəklər. Neftli-qazlı, qızıllı-platinli, Xəzərdən çıxan balığa həsrət möhtac - ac-yalavac xalq işıqsızda qala bilər! Heç olmasa ya Rəbb bizi bu havadan mərhum etmə- nəfəs alaq, yaşayaq yəqin ki, pis günün ömrü qısa olar”. Ahıl Ziyalılara Qayğı İctimai Birliyinin sədri, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvü, Nəsrulla Nurullayev Geri qayıt |