Əsas Səhifə > --- > Paşinyana etimadsızlıq göstərilməsi ilə bağlı təşəbbüs parlamentdə müzakirə olunacaq

Paşinyana etimadsızlıq göstərilməsi ilə bağlı təşəbbüs parlamentdə müzakirə olunacaq


Bu gün, 18:09

Ermənistan parlamentində "Şərəfim var" fraksiyasının təşəbbüsü ilə Baş nazir Nikol Paşinyana etimadsızlıq göstərilməsi haqqında qətnamə layihəsi üzrə dinləmələr keçiriləcək.

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə parlamentin rəsmi saytında məlumat yerləşdirilib.

"Sentyabrın 26-da saat 12:00-da parlamentin iclas zalında "Şərəfim var" fraksiyasının qərarı ilə dinləmələr keçiriləcək. Fraksiya tərəfindən təqdim edilən parlamentin "Milli böhran və dövlət idarəçiliyinin iflası haqqında" bəyanat layihəsi müzakirə ediləcək", - məlumatda bildirilib.


Geri qayıt