Əsas Səhifə > Ölkə, Manşet > HAKİMİYYƏT İSLAHATLARA GETDİ
HAKİMİYYƏT İSLAHATLARA GETDİ28-02-2012, 13:26 |
EVLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİNDƏ 1500 MANAT LİMİTİ LƏĞV EDİLİR DİA.AZ: - Məlum olduğu kimi, son zamanlar evləri plana düşən sakinlərlə hökumət nümayəndələri arasında tez-tez toqquşmalar yaşanılır. Hətta yüzlərlə vətəndaşın şikayəti bu gün ayrı-ayrı məhkəmə instansiyalarının icraatındadır. Bu istintaq işlərindən Avropa İnsan Haqqları Məhkəməsinə gedib çıxanları da var. Əslində bütün bu problemlər plana düşən evin hər kvadratmetrinə 1500 manatlıq limitin qoyulmasından sonra başladı. Hər halda, burada vətəndaşların haqlı olduğu hər kəsə məlumdur. Çünki bu gün əgər Bakıda bir kvadratı 10-20 min manata evlər satılırsa, o zaman həmin ərazidə plana düşən evin müqabilində vətəndaşa təklif olunan kompensasiya ən azından insafsızlıqı təzahürü kimi qəbul edilə bilər. Bir neçə gün əvvəl DİA.AZ olaraq Nazirlər Kabinetindəki məlumatlı qaynağımıza istindaən bildirmişdik ki, artıq bu yöndə hökumət tərəfindən yeni plan hazırlanır. Mənbəmiz bildirirdi ki, hökumət də bu yöndə baş verən insidentdən ciddi şəkildə narahat olmağa başlayıb: «Bir yandan da beynəlxalq təşkilatların bu məsələyə xüsusi önəm verməsi, həmçinin «Avroviziya» təşkilatçılarının bu günlərdə vətəndaşların mülkiyyət hüquqlarının tapdanmasına sərt reaksiya vermələri rəsmi Bakını düşünməyə vadar edib». Mənbəmiz bildirirdi ki, artıq Nazirlər Kabinetinə bununla bağlı müvafiq mexanizmin hazırlanması yönündə göstərişlər verilib: «Demək olar ki, yeni uyğulamalarda vətəndaşların maraqları nəzərə alınacaq. Yəni əvvəlki qaydadan imtina olunacaq və ərazinin «bahalı zona» olması vətəndaşların mülkiyyətlərinin qarşılığında təklif olunan kompensasiyasının miqdarının müəyyən olunmasında nəzərə alınacaq». Mənbəmiz onu da bildirdi ki, artıq bu istiqamətdə çox ciddi mərhələlər geridə qalıb: «Ola bilsin ki, mart ayının əvvəllərindən etibarən yeni qaydaların tətbiq olunmasına başlanılacaq». Amma bu xəbərimizin doğrultması özünü çox gözlətmədi. Son məlumatlarda deyilir ki, Azərbaycanın Nazirlər Kabineti "Köçürülmə planı və köçürülmə təlimatının hazırlanması Qaydası"nı təsdiq edib. Bu barədə Nazirlər Kabinetinin rəsmi saytında yerləşdirilən məlumatda deyilir. Qərar imzalandığı gündən, bu il fevralın 24-dən qüvvəyə minir. Qaydaya görə, alınan torpağı tərk etmələri və həmin torpaqdan yüz metrdən uzaq olan yerə köçmələri tələb olunan şəxslərin sayı iki yüz nəfərdən artıq olduqda, alan orqan köçürülmə planını, digər hallarda isə köçürülmə təlimatını hazırlamaq öhdəliyi daşıyır. Planlaşdırıcı köçürülmə planının hazırlanması üçün seçildiyi gündən 3 ay ərzində həmin planı hazırlayır, köçürülmə təlimatının hazırlanması üçün seçildiyi gündən 2 ay ərzində həmin təlimatı hazırlayır. Qaydaya görə, kompensasiyanın qiymətləndirilməsinə aşağıdakılar daxildir: torpaqla bağlı bütün sakinlərin malik olduqları və ya iddiasında olduqları hüquqlar, o cümlədən torpağın ümumi istifadəsi ilə bağlı hüquqlar və maraqlar; köçürülərkən sakinlərin özləri ilə aparacağı mal-qara və digər daşınar əmlak; sakinlərin üstünlük verdikləri kompensasiya növləri; müəyyən edilmiş hər bir iddiaya uyğun gəlmək üçün tələb olunacaq kompensasiyanın məbləği və növü; yerdəyişmə və köçürülmə ilə bağlı xərclər və bununla bağlı yardımın təmin edilməsi üçün digər xidmətlərin və vəsaitlərin xərclər smetası; planlaşdırıcının rəyinə görə kompensasiyanın qiymətləndirilməsi (müəyyənləşdirilməsi) ilə bağlı digər məsələlər. Köçürülmə planının və ya təlimatının hazırlanmasına nəzarəti nəzarət orqanı həyata keçirir. Hər halda yeni şrtlərin hazırki problemli vəziyyətin aradan qaldırılmasında müəyyən qədər rol oynayacağı faktdır. 15-02-2012, 13:11 tarixində yaydığımız məlumat burada: http://diaaz.space/3589-hakdmdyyzht-gerd-gzhkdlmzhld-oldu.html Geri qayıt |