Əsas Səhifə > Hadisə, Manşet > MİTİNQLƏRƏ YER VERİLƏCƏK
MİTİNQLƏRƏ YER VERİLƏCƏK4-10-2011, 17:39 |
HAKİMİYYƏTLƏ BEYNƏLXALQ TƏŞKİLATLAR ARASINDA ANLAŞMA DİA.AZ: - Redaksiyamıza Prezident Administrasiyasındakı mötəbər qaynaqlardan ötürülən informasiyada bildirilir ki, nə zamandır Azərbaycan hakimiyyəti ilə danışıqlar aparan beyəlxalq təşkilatlar nəhayət bir nəticəyə vara biliblər. «Dünya» İnformasiya Agentliyinə (diaaz.space) verilən xəbərdə qeyd olunana görə, azərbaycanda səbəst toplaşma azadlığının təmini məqsədilə rəsmi Bakını küncə sıxışdıran beynəlxalq çevrələrə müsbət cavab verilib: «Doğrudur, bu danışıqların nəticələri müxalifət üçün o qədər də ürəkaçan olmaya bilər. Amma razılaşma əldə olunub. Və artıq rəsmi Bakı müxalifətin etiraz aksiyalarının keçirilməsi üçün əss olaraq 3 ərazi ilə bağlı razılıq verə biləcəyin beynəlxalq təşkilatlar qarşısında söyləyib». Bu barədə vədin Avropa Şurasının Bakı nümayəndəliyinə verildiyini bildirən qaynaq onu da iddia edir ki, ilkin müzakirə üçün təklif olunan yerlər aşağıdakılardır: 1. Metronun «Nərimanov» stansiyasının qarşısı; 2. Metronun «Xətai» stansiyasının qarşısı 3. və metronun «Qara Qarayev» stansiyasının qarşısı. Hələlik müxalifətin bu yerlərə hansı formada reaksiya verəcəyi məlum deyil. Geri qayıt |