Əsas Səhifə > Siyasət, Manşet > HAKİM DÜŞƏRGƏDƏ BAŞ TUTMAYAN “VARİS PLANI”
HAKİM DÜŞƏRGƏDƏ BAŞ TUTMAYAN “VARİS PLANI”20-02-2012, 11:58 |
RAMİZ MEHDİYEV OĞLUNU DMX-NƏ RƏHBƏR GƏTİRMƏK NİYYƏTINDƏ OLUB DİA.AZ: - Məlum olduöu kimi, bir neçə gün əvvəl prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun tətbiqi barədə fərman imzaladı. Fərmana əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilərək onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldı. Onu da bildirək ki, prezident İlham Əliyev həmçinin sərəncamla Arzu Yusif oğlu Rəhimovu Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edib. Xatırladaq ki, Arzu Rəhimov dünənə qədər Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsini tuturdu. Qeyd edək ki, bu təyinatdan sonra Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsinə Firudin Hilal oğlu Nəbiyev təyin edildi. Amma bu təyinatın hakimiyyət içində heş də birmənalı qarşılanmadığı söylənilir. Bu barədə “Dünya” İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) daxil olan məlumatlardan aydın olur ki, əslində Arzu Rəhimovdan sonra həmin postla bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin planları var imiş. Lakin PA rəhbəri istədiklərini həyata keçirə bilməyib. Belə ki, Mehdiyev hazırda Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini postunu tutan oğlu Teymur Mehdiyevi DTX-ə rəhbər gətirmək niyyətində olub. Qeyd edək ki, əvvəllər gənclər və idman nazirinin müavini postunu tutan Teymur Mehdiyev Azad Rəhimovla anlaşa bilmədiyindən, Azad Rəhimovun isə hakimiyyətin tamam fərqli cinaha bağlı olması səbəbindən keçən il DMX-yə rəis müavini göndərilmişdi. Xatırladaq ki, həmin ərəfədə bu təyinatla bağlı mətbuatda çox ciddi müzakirələr də açıldı. Məlumatlı mənbənin bildirdiyinə görə, Arzu Rəhimovdan sonra oğlunun rəhbərliyə təyinatı yönündə iş aparan Mehdiyev birbaşa olaraq ən üst ünvandan rədd cavabı alıb: “Doğrudur, Teymur Mehdiyev yenə də DMX-də nüfuzlu bir fiqur kimi seçiləcək. Amma rəhbərlik məsələsində onunla bağlı planlar gerçəkləşmədi”. Bildirək ki, bəzi qaynaqlar Ramiz Mehdiyevin “varis planının” baş tutmamasını onu gözləyən aqibətlə əlaqələndirilər. Bu barədə redaksiyamızı bilgiləndirən qaynaq iddia edir ki, Ramiz Mehdiyevlə iqtidar düşərgəsinin yolları ayrılan ərəfədə PA rəhbərinin oğlunun yüksək vəzifəyə gətirilməsi, əslində məntiqə də uyğun deyildi... Geri qayıt |