Əsas Səhifə > Siyasət, Manşet > KƏRƏM HƏSƏNOVA SÜRPRİZ TƏKLİF
KƏRƏM HƏSƏNOVA SÜRPRİZ TƏKLİF3-10-2011, 13:06 |
KOMİTƏ SƏDRİNƏ NAZİR POSTU TƏKLİF EDİLDİ DİA.AZ: - Hələ hazırda həbsdə saxlanılan Fərhad Əliyev iqtisadi inkişaf naziri postundan uzaqlaşdırılandan sonra Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov boşalmış vəzifəyə iddiasını ortaya qoysa da, buna nail ola bilməmişdi. Hətta bu arzusunun gerçəkləşdirilməsi üçün Kərəm Həsənovun bir zamanlar ona arxa-dayaq olmuş Fərhad Əliyevə qarşı hərəkətə keçməsi, sabiq nazirin «gizlinlərinin» müəyyənləşməsində iqtidara yardımçı olması da həmin ərəfədə diqqətlərdən yayınmadı. Amma buna baxmayaraq, verilən qərar Kərəm Həsənovun ürəyincə olmadı. Nazir postu o zamanlar Qiymətli Kağızlar üzrə Dövlət komitəsinə rəhbərlik edən Heydər Babayevə tapşırıldı. Bildirək ki, Heydər Babayev gedəndən sonra da Kərəm Həsənov arzusunu gerçəklədirə bilmədi. Bu dəfə isə fövqəladə hallar naziri Kəmaləddin Heydərov öz adamını həmin posta gətirtdi. Söhbət bir zamanlar vergilər nazirliyində işləmiş Şahin Mustafayevdən gedir. FHN şefinin zamanında əzəli rəqib kimi gördüyü Fərhad Əliyevin postuna bayrağını sancması əslində onun Fərhad Əliyev üzərində yekun qələbəsi anlamına gəlirdi. İndi isə Kəmalədin Heydərovun mövqelərinin zəiflədiyi və eyni zamanda Şahin Mustafayevin də mövqelərinin zərbə altında qaldığı bildirilir. Bu barədə «Dünya» İnformasiya Agentliyini (diaaz.space) bilgiləndirən qaynağa görə, artıq Şahin Mustafayevə gedişi barədə xəbərdarlıq edilib. Mənbə bildirir ki, bu barədə verilən qərarın Kərəm Həsənov üçün sürpriz xarakteri daşıyan tərəfi isə ondan ibarətdir ki, İİN şefi postuna ən şanslı aday hazırda komitə sədridir. Yəni artıq sıra ona çatıb Geri qayıt |