Əsas Səhifə > Sosial, Manşet > “KURTLAR VADİSİ”NDƏ TOY OLACAQ
“KURTLAR VADİSİ”NDƏ TOY OLACAQ3-10-2011, 12:49 |
AZƏRBAYCAN ƏYALƏTİNDƏ YAŞANAN DƏHŞƏT DAVAM EDİR DİA.AZ: - Ucarda fəaliyyətdə olan “Kurtlar Vadisi” adlı cinayətkar dəstə barədə məlumatlar vermişdik. Indi isə redaksiyamıza yeni bilgilər daxil olub. Bu barədə “Dünya” İnformasiya agentliyinə (diaaz.space) məlumat verən “Hüquq və qanun 2010” MMC-nin direktoru Taleh Xasməmmədovun bildirdiyinə görə, cinayətkar qrupun üzvləri özlərini rayonda o qədər arxayın hiss edirlər ki, hətta dəmdəstgahlı toy mərasiminə də tədarük görürlər. Mənbə bildirir ki, cinayətkar dəstənin üzvü 6 ay öncə qız qaçırmağına baxmayaraq özünə toy etməyib, səbəb isə Hüseynov Fuadın əleyhinə ifadə verməklə onu həbsə atdırmaq planı idi. Ucar rayon polis şöbəsinin bəzi əməkdaşlarının himayəsi nəticəsində cinayətkar özünə arxayın şəkildə həyatını sürməkdədir. Hansı ki jurnalist Rahim Şıxaliyev Elçinin səs yazısını Ucar rayon polis şöbəsinin rəis müavini Səbuhi müəllimə və təhqiqat rəisi mayor Şükür Salahova təqdim edərək ona sual verib ki, “Niyə imkan verirsiniz ki, belə cinayətkarlar azadlıqda qalsınlar? Həm də, Azərbaycan dövlətinə qarşı dilə gətirilməsi çətin olan rüsvayçı söyüşlər səsləndirsin? “ Sonda Şükür Salahov etiraf edib ki, “mən onu tuta bilmərəm” Həmin səs yazısına Ucar rayon prokurorluğunda da qulaq asıblar, həmçinin “Kurtlar Vadisi” adlı mütəşəkkil cinayətkar dəstənin əməllərini də çox yaxşı bilirlər və bütün baş verən cinayətlərdən də xəbərdardılar. Daha doğrusu, hərəkətsizlik nümayiş etdirmələri səbəbindən əlbir olduqları da inkar edilməzdir. Həmin çirkin səsin sahibi Ucar rayon sakini “Kurtlar Vadisi” adlanan mütəşəkkil cinayətkar dəstənin “Abdulheyi” Əliev Elçin Naibə oğludur. Mənbə bildirir ki, Əliyev Elçin Ucar rayonunda çoxlu sayda bakirə qızların zorlanmasında, 3 körpə uşağın ölümündə, özünə xəsarət yetirməklə bir neçə nəfərin həbsinə nail olmaqda, məhkəmələrdə yalançı şahidlik etməkdə və polisin tapşırıqlarını uğurla həyata keçirməkdə peşəkar cinayətkardır! Hal-hazırda da Ucar rayon polis şöbəsinə, prokurorluğuna və cinayətlərdə əlbir olduğu hakim İsgəndərov Çıngizə güvənməklə arxayın şəkildə həyatını sürür və 05 oktyabr 2011-ci tarixində də özünün toy mərasiminə hazırlaşır. Elçin 6 altı ay əvvəl qız qaçırıb. Özünə toy etmirdi ki, “Hüseynov Fuad Oktay oğlunu da tutduracağam, sonra toyumu edəcəyəm”. 26 sentyabr 2011-ci il tarixində həmin günahsız insanı həbsə atdırmaqla son arzularından birini də həyata keçirmiş oldu. Mənbə fikrinə davm edir: “Amma yenə də inanırıq ki, onun səs yazılarındakı “HÖKÜMƏTİ TƏHQİR ETMƏK” kimi sözlərini eşidən hüquq mühafizə orqanları ona başqa cür “TOY” tutacaqlar!” Rüstəmova Ülviyyə Rüstəm qızının sözlərinə görə, o Gəncə şəhərində yerləşən atılmış körpələr evindən Zülfiyyə adlı qızı övladlığa götürmüşdür. 08 fevral 2010-cu ildə Ülviyyə 14 yaşına çatmamış qızı Zülfiyyəni çörək almaq üçün mağazaya göndərmişdir.Üstündən xeyli müddət keçdikdən sonra, Zülfiyyənin qayıtmadığını görüb onu tapmaq üçün axtarışlara başlamışdır. Rüstəmova Ülviyyə Zülfiyyəni tapa biməsə də, ona məlum olmuşdur ki, Əliyev Elçin və onun dostu Aka ləqəbli şəxs həm Zülfiyyəni, həm də qonşuluqda yaşayan Billurə adlı qızı müxtəlif yollarla ələ alaraq, avtomobilə otuzdurub naməlum yerə aparmışlar. Sonradan Rüstəmova Ülviyyə Rüstəm qızına Zülfiyyənin dediyindən məlum olmuşdur ki, Əliyev Elçin və onun dostu Aka ləqəbli şəxs Zülfiyyə və Billurəni Ucar rayonunda Qəzyan arxı deyilən bir yerə aparmışlar. Orada onlar yeyib-içdikdən sonra, Aka ləqəbli şəxs Billurəni zorlamışdır. Əliyev Elçin isə, 14 yaşına çatmamış olan Zülfiyyənin yalvarıb-ağlamasına heç bir məhəl qoymayaraq öz iyrənc əməlini həyata keçirməkdə davam edərək, güc tətbiq edib onunla zorla cinsi əlaqədə olmuşdur və köməksiz vəziyyətdə olan yazıq qızcığazın bakirəliyini pozmuşdur. Sonradan Əliyev Elçin Rüstəmova Ülviyyə ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq gorüşməyi xahiş etmişdir. Rüstəmova Ülviyyənin sözlərinə əsasən, görüş zamanı Əliyev Elçin ona yalvararaq heç bir orqana şikayət verməməyini və Zülfiyyə ilə evlənəcəyinə, ona baxacağına və s. dair vədlər verərək inandırmışdır.Təqribən ay yarım müddət keçdikdən sonra Zülfiyyənin Əliyev Elçindən hamilə qalması həkim müayinəsi zamanı müəyyən olunmuşdur.Əliyev Elçinin dözülməz təzyiqləri və ölümlə hədələməsi nəticəsində, Zülfiyyə ay yarımlıq ana bətnində olan körpəni abort etdirməyə məcbur qalmışdır. Bu günə qədər də Zülfiyyə Əliyev Elçin tərəfindən olan təhdidlər səbəbindən başqa bir rayonda gizlənərək yaşamağa məcbur qalmışdır. Bu cinayəti Ülviyyənin gizlətməsi üçün Əliyev Elçin, Aka ləqəbli şəxs və onlarıla birlikdə olan bir taksi sürücüsü Ülviyyəyə borc pul vermək niyyəti ilə zəng edərək görüş yeri vermişlər. Həmin sözlərdən sonra Ülviyyə onlara inanmaqla görüşdükdə onu zorla maşına qoyaraq Qəzyan arxına yaxın əraziyə aparmaqla hər üçü zorlayaraq şantaj olaraq video çəkməklə və s. hərəkətlərlərlə Zülfiyyə məsələsini qapatmağı tələb etmişlər. Onlar Ülviyyəni ölümlə və həyat yoldaşına deyəcəkləri ilə təhdid etməklə razı saldıqdan sonra ona “lezva” ilə 3 ciziq ataraq işarə də qoymuşlar. Əldə olunan maddi sübutlara görə, Əliyev Elçin 17 yaşlı Nərmin adlı qızla tanış olmuşdur. Əliyev Elçin ən başlıca səbəb kimi Nərminin atası-anası olmadığından və digər səbəblərdən istifadə edərək, 17 yaşlı Nərminlə zorla cinsi əlaqədə olmuşdur və qızın bakirəliyini pozmuşdur. Əliyev Elçin 17 yaşlı Nərminin ondan hamilə olduğunu bildikdən sonra Nərmini “saxlamaq” adı ilə aldadaraq Ucar rayonunda yerləşən pritonların (əxlaqsızlıq yuvası) birinə yerləşdirərək işləməyə məcbur etmişdir. Üstündən bir müddət keçdikdən sonra Əliyev Elçin ilə Nərminin bir oğlan övladı dünyaya gəlmişdir. Həmin uşaq 3-4 yaşında olarkən Elçinin təkidi ilə Nərminlə Elçin birləşərək öz körpələrini boğaraq öldürdükdən sonra Ucar rayonunun Gəraybəyli qəbirsanlığında basdırmışlar.Bu hadisədən sonra Nərmin yenidən Əliyev Elçindən hamilə qalır.Yenicə dünyaya gəlmiş olan qız uşaqlarını 3-4 aylığında olarkən Elçin və Nərmin Ucar rayonunda Gənclik küç.ev 24 ünvanında yerləşən, Sevinc və Aynurə bacılarına məxsus olan evin (əxlaqsızlıq yuvası kimi istifadə olunurdu və hal-hazırda da əxlaqsızlıq yuvası kimi istifadə olunmaqda davam edilir) otaqlarının birində döşəməni sökərək, öz uşaqlarını orada diri-diri basdırmışlar. Bu günə qədər həmin uşağın meyidi evin döşəməsinin altında saxlanmaqdadır. Nərmin bu cinayətlərin heç nə olduğunu söyləyir və daha çox şeylər danışacağını vəd edir. Hal-hazırda ona qarşı güclü təyziqlər olduğundan ümidi müvafiq orqanlaradır. O etdiyi və bildiyi cinayətləri istintaq aparan şəxslərə etiraf etmək niyyətindədir. Bundan əlavə Ucar rayon sakini Şahanə adlı bir qadın 3 yaşlı uşağının Əliyev Elçindən olduğunu iddia edir və bildirir ki, yuxarıda qeyd edilən halların o da yaşadığını söyləyir. Əliyev Elçin məni aldadaraq evimi satdırmış və bu gedişlə məni də əxlaqsızlığa sürükləmişdir. Həmin Elçinin adını çəkmək istəmədiyimiz bir qadınla da əlaqəsi olmuşdur. Bu ilin əvvəlində həmin qadınla aralarında baş verən mübahisədən sonra əliyev elçin hirsini çıxmaq üçün körpə uşağın üzərinə qaynayan samovarı aşırmaqla öldürmüş və daha sonra həmin qadını da təhdid edərək bu cinayəti gizlətməsinə nail olmuşdur. Ələkbərov Şahlar (Polad Ələmdar) 2 (iki) il bundan əvvəl Eldəniz adlı şəxsin həbsi ilə bağlı da çirkin plan qurmuşdur . Belə ki, məlumat əldə etdik ki, Eldəniz adlı şəxsə qarşı qərəzli mövqe tutan cinayətkar dəstə onu aradan qaldırmaq üçün Ucar rayonunda şayə yayıblar ki, guya Eldəniz sabiq prokuror Mirramil Ağamirovu və Ələkbərov Şahları ailəsini söyməklə təhqir edib. Bu gedişlə onların Eldənizlə arasında nifaq yaranıb. Rayonda bu fikir formalaşandan sonra Şahlar (Şakir) Eldənizi yanına çağırıb. Həmin vaxt Əliyev Elçin Naibə oğlu da öz vəzifə borcun yerinə yetirmək üçün orada imiş. Eldəniz söyüşlərin şayə olduğunu bildirsə də Şahlar ona sillə zərbəsi vurub. Həmin vaxt Eldəniz oradan qaçmağa başlayarkən samuray Əliyev Elçin dərhal bıçağı çıxarıb öz qolunu kəsməyə başlayıb. Şahlar da öz planı üzrə xüsusi təyinatlı polislərinə zəng edərək Eldənizin Elçini bıçaqla vurduğu xəbərini verib. Bu hadisədən sonra hakim Çingiz İsgəndərov qarşısında Əliyev Elçin Naibə oğlu zərərçəkmiş, Ələkbərov Şahlar və Hüseynov Azad isə şahid kimi iştirak ediblər. Hətta digər şahidlər də həmin cinayətkar dəstənin həmişə yaşılları olmuşdular. Nəticədə də günahsız Eldəniz həbsdədir. Redaksiyadan: Təbii ki, bütün bu dəhşətli faktlar Azərbaycanda və özü də milli adət-ənənələrimizin daha çox qorunduğu əyalətdə baş verib. Hələ də hüquq-mühafizə orqanlarının fəaliyyətsizliyi isə dəhşətli mənzərəyə daha da eybəcər fon verməkdədir. Geri qayıt |