Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > YENİ MÜXALİF RADİOKANAL YARADILIR

YENİ MÜXALİF RADİOKANAL YARADILIR


13-02-2012, 13:35
YENİ MÜXALİF RADİOKANAL YARADILIR

QƏRBİN AZƏRBAYCANDA DƏYİŞİKLİK QƏRARI DAHA DA QƏTİLƏŞİB

DİA.AZ: - Keçən ilin bu vaxtlarında «ərəb baharı»ndan şövqlənən Azərbaycanın müxalif dairələri də anoloji proseslərin ölkəmizdə yaşanması üçün hərəkətə keçsələr də, heç bir nəticə hasil olmadı. Əksinə, bütün bu çabalara gözləniləndən də artıq sərtliklə reaksiya verən YAP iqtidarının aktivinə daha bir neçə siyasi məhbusun adı yazılmış oldu.

Onu da bildirək ki, həmin ərəfədə Qərb ölkələrinin Azərbaycandakı səfirlikləri də yerli müxalifətin hərəkətlənməsini diqqətdə saxlayırdılar. Hətta açıq-aşkar Azərbaycan müxalifətinə dəstəyini nümayiş etdirən bir sıra Avropa dövlətlərinin diplomatik korpuslarının özləri belə iqtidarın təbliğat maşınının hədəfinə çevrildi. Müxalifətin əsas güc mərkəzi hesb olunan İctimai Palatanın təmsilçiləri ilə davamlı olaraq görüşən avropalı səfirlər bu prosesdə əslində beynəlxalq konsorsiumun maraqlarına xidmət etdiklərini də gizlətmirdilər.

Amma bir daha vurğulayaq ki, rəsmi Bakının sərt davranışı bütün çabaların iflasa uğraması ilə nəticələndi. Bu günlərdə bütün bu olaylara iqtidar cinahının yekun qərarının nötəsini isə prezident İlham Əliyev qoymuş oldu. Münhendəki çıxışında dövlət başçısı Azərbaycanı Misirlə eyniləşdirən və Azərbaycanda da anoloji dəyişikliklərin baş verəcəyi ilə bağlı ehtimallı sual verən əcnəbi jurnalistə cavabında bildirdi ki, belə bir gözləntiləri olanlar yanılırlar.

Amma deyəsən, Qərb Azərbaycanda inqilabi dəyişikliklər qərarından hələ də vaz keçməyib. Bunu elə son zamanlar ölkəmizə siyasi məhbus məsələsində və digər islahatlar konusunda artan təzyiqlərdən də görmək olar.

«Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) diplomatik qaynaqlardan sızan informasiyada bildirilir ki, Polşada beynəlxalq təşkilatların dəstəyilə Azərbaycan dilində yeni ridaokanalın yaradılmasına qərar verilib. Mənbənin sözlərinə görə, peyk anten vasitəsilə dinlənməsi mümkün olacaq həmin radiokanala kimin rəhbərlik edəcəyi hələlik məlum deyil.

Mənbəmiz bildirir ki, yeni radiokanal sırf olaraq müxalifəti təbliğ edəcək.

Onu da bildirək ki, bu arada bir başqa qaynaqlar Polşadan yayımlanacaq yeni radiokanalın arxasında hazırda ABŞ-da siyasi mühacir həyat yaşayan Açıq Cəmiyyət Partiyasının sədri Rəsul Quliyevin dayandığını idda etsələr də, bu məlumatın heç bir əsasının olmadığı bəlli olub.


Geri qayıt