Əsas Səhifə > Siyasət, Manşet > ORDUDA KADR İSLAHATLARI GÖZLƏNİLİR
ORDUDA KADR İSLAHATLARI GÖZLƏNİLİR13-02-2012, 11:58 |
İKİ YÜKSƏK RÜTBƏLİ MN İŞÇİSİNİN GÖRƏVDƏN ALINMASI PLANLAŞDIRILIR DİA.AZ: - Yaxın günləıdə Azərbaycan Silahlı Qüvvələrində kadr dəyişikliklərinin növbəti dalğası gözlənilir. Hərbi mənbələrdən daxil olan məlumatlara görə, hazırda növbəti dəyişiklilərə dair sənədlər hazırlanır və bu prosesdə iştirak edəcək zabitlərə məlumat göndərilir. Azərbaycan Silahlı Qüvvələrində kadr dəyişlikliklərinin ölkənin NATO ilə Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planı (İPAP) çərçivəsində həyata keçirilən Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrin Baş qərargahında ştat-struktur islahatları çərçivəsində gerçəkləşdiyi bildirilir. İslahatların ölkə rəhbərliyinin diqqəti və nəzarəti altında həyata keçirildiyi deyilir. “Dünya”İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) daxil olan məlumata görə son 3 ayda həyata keçirilən kadr dəyişiklikləri yüzlərlə zabiti əhatə edib. Onlardan bəziləri başqa vəzifəyə keçirilib, bəziləri ehtiyata və təqaüdə göndəriliblər. Ən son kadr dəyişiklikləri hərbi birləşmə komandirləri ilə bağlı olub. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, gəzlənilən islahatlar zamanı Müdafiə Nazirliyinin rəhbərliyinə aid iki simanın görəvdən alınması planlaşdırılır: “Onların hər ikisinin yerinə Türkiyədə və ABŞ-da hərbi təhsil alaraq, yetişmiş iki gənc kadrın təyin edilməsi nəzərdə tutulub”. Mənbəmiz onu da bildirdi ki, Müdafiə Naziri Səfər Əbiyev bu dəyişikliklər zamanı hazırda MN-ə qarşı fəaliyyəti təsbit olunmuş zabitlərdən birini də MN sistemindən qovmağı planlaşdırır. Geri qayıt |