Əsas Səhifə > Sosial, Manşet > İCRA BAŞÇISININ ÇÖRƏK MONAPOLİYASI
İCRA BAŞÇISININ ÇÖRƏK MONAPOLİYASI11-02-2012, 13:02 |
ALI QOCAYEVİN «BAKER» ÇÖRƏKLƏRİNDƏ KAKAONUN «HEYRƏTAMİZ QÜDRƏTİ» Son günlər ölkə vətəndaşlarının ərzaq təhlükəsizliyi məsələsi daha da aktuallıq təşkil etməkdədir. Bu, heç də sözügedən sahəyə cəmiyyətin həssaslığının artması ilə əlaqədar deyil. Əksinə, durumun günü-gündən təhlükəli vəziyyət alması səbəbindəndir. Nə yediyimiz, nə içdiyimiz bizləri az maraqlandırsa da, yeyib-içdiklərimizin burnumuzdan gəlməsi bizi məcburi qaydada həssaslaşdırır. Ən böyük narahatçılığımız isə hər gün yediyimiz çörəklərlə bağlıdır. Bizə hansı undan, hansı şəraitdə çörəyin bişirilməsi məsələsi dəfələrlə mətbuatda müzakirə olunsa da, bu istiqamətdə dövlətin müvafiq qurumları yetərincə addımlar atmadığından hələ də şirin-şirin nahar etdiyimiz süfrədə qanımızı çörəyin içindən çıxan yad əşyalar qaraltmaqdadır. Bundan əlavə, yediyimiz çörəklərin tərkibi də bir başqa istiqamətdən bizi təhdid etməkdədir. Söhbət sağlamlığımızdan gedir. “Dünya” İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) edilən müraciətlərdən məlum olur ki, əsasən müəyyən təbəqələrə hesablanmış məhsulları ilə bazarda tanınan «Baker» çörək zavodu əhalinin sağlamlığı üçün bir nömrəli təhlükə mənbəyi hesab olunmaqdadır. Bu barədə şikayətçilərin söylədikləri: «Həmin zavodun dieta saxlayanlar üçün bişirdiyi və satışa qara undan bişmə çörək adı ilə buraxılan çörəklərin əslində digər çörəklərdən heç bir fərqi yoxdur. Yeganə fərq rəngindədir ki, burada «əsas yük» çörək bişirilərkən una qatılan kakaonun üzərinə düşür». Onu da xatırladaq ki, qara undan bişmə çörək adı altında satışa kakaolu çörəyin buraxılması yerli mətbuatda dəfələrlə işıqlandırılıb. Lakin yenə də heç bir tədbir görülməyib ki, biz də araşdırmalarımız nəticəsində məhz bunun səbəblərini öyrənə bilmişik. Şikayətçilər bildirir ki, bir neçə dəfə «Baker» çörək zavodunun rəhbərliyinə, şəxsən Elşən Əliyevə müraciət etsələr də, müraciətlərini eşidən olmayıb: «Bir neçə dəfə bu zavodun məhsullarının içindən yad cisimlər də çıxıb. Artıq həmin yad cisimlərdən ibarət sərgi təşkil edib, zavodun rəhbərliyini də çağırmaq istəyirik. Araşdırmalarımız nəticəsində isə öyrənə bildik ki, «Baker» çörək zavodunun bu günə qədər «toxunulmaz» qalmasının, heç bir yoxlamaya məruz qalmamasının yeganə səbəbi onun əsas sahibinin kimliyi ilə bağlıdır. Bu barədə redaksiyamızı bilgiləndirən qaynaq iddia edir ki, zavod əslində Binqədi rayon icra hakimiyyətinin başçısı Alı Qocayevə məxsusdur: «Elşən Əliyev yalnız zavodu işlədən şəxsdir». Və buradan da «Baker»in bazarda nədən at oynatmasının əsl səbəbini müəyyən etmək çox asandır… Geri qayıt |