Əsas Səhifə > Siyasət, Manşet > İRANDAN TƏXRİBATÇI MÜRACİƏT
İRANDAN TƏXRİBATÇI MÜRACİƏT9-02-2012, 12:42 |
MOLLA REJİMİ İNDİ DƏ TEHRANDAKI SƏFİRLİYİMİZİ HƏDƏFƏ ALIB DİA.AZ: - «Avroviziya-2012» mahnı yarışması artıq İrana aid xəbər portallarının ən çox müraciət etdiyi mövzulardan birinə çevrilib. Bir yandan da Bakıda mavilərin aksiya keçirəcəyi ilə bağlı yayılmış təxribat xarakterli şaiyəni də əldə rəhbər tutan fars təbliğat maşını Azərbaycan dövlətinin ünvanına eninə-uzununa döşəməkdədir. Belə bir materiala bu gün yenə də özünü Azərbaycan türkünün əleyhinə olan təbliğata həsr etmiş «arannyus» portalında rast gəldik. «Dünya» İnformasiya Agentliyi (diaaz.space) olaraq «Azərbaycanlı diplomat ənənələrə zidd musiqi yarışması ilə fəxr edir!» başlıqlı həmin materialı diqqətinizə çatdırırıq: «Azərbaycan Respublikasının İrandakı səfirliyinin ikinci şəxsi sayılan İbrahim Qafarov Bakıda Eurovision-2012 müsabiqəsində geylərin paradına bəraət qazandıraraq bu hadisəni Azərbaycanda insan haqlarının təcəssümü kimi dəyərləndirib. İnformasiya mərkəzinin verdiyi xəbərə görə Qafarov gey-paradı Azərbaycan Respublikasında azadlıq rəmzi olaraq qürur səbəbi sayıb. Qafarov bildirib ki, Azərbaycanın ötən il Almaniyanın Düsseldorf şəhərində Eurovision yarışmasında qələbəsinə şübhə ilə yanaşılsa da, Bakı qalib gəlib bu yarışmaya ev sahibi statusu aldı. Hətta fövqəladə hallar naziri Kəmaləddin Heydərovun vasitəsilə rüşvət kampaniyası xaricilərin Bakıya gəlişinə mane olmayacaq. Qafarov sözünə belə davam edib ki, mavilərin karnavalına dünyanın hər yerindən geylər axışacaq və bu müsabiqəyə xərclənmiş milyonlarla dolların yerini dolduracaq. Qeyd edək ki, Azərbaycan prezidentindən sonra ölkənin ikinci şəxsi sayılan Kəmaləddin Heydərov əvvəllər Gömrük Komitəsinin sədri olub. Təəccüblü budur ki, əhalisi şiə olan Azərbaycan Respublikasının ali rütbəli dipolmatı bu çirkin sözləri Tehran universitetində xarici işlər nazirliyi rəsmilərinin iştirakı ilə keçirilən toplantıda dilə gətirib». Onu da bildirək ki, bu dolaşıq təxribat xarakterli «məlumatın» ardından molla agenturasının mirzələri Azərbaycan vətəndaşlarına müraciət də ediblər: «Mənim bakılı, gəncəli, naxçıvanlı azəri qardaş və bacılarım, sizə Təbrizdən salam olsun. Mən facebooka gəlməyim təbrizli gənclərin bir ürək ağrısına görədir. Bu da may ayında Bakıda olası Eurovision, bir də gey-paraddır. Xəcalət çəkirəm bu barədə danışmağa. Gör müsəlman türkləri nə hala saldılar ki, Bakıda homoseksuallar parad keçirəcək. Mən bütün azəri soydaşları bu çirkin işə etiraz etməyə çağırıram». Geri qayıt |