Əsas Səhifə > Hadisə, Manşet > BAKIDA PUTİNİN ƏLEYHİNƏ AKSİYA
BAKIDA PUTİNİN ƏLEYHİNƏ AKSİYA6-02-2012, 17:53 |
DEPUTAT MİXAİL ZABELİN DƏ RUSİYA MÜXALİFƏTİNƏ DƏSTƏK VERİR DİA.AZ: - Məlumat verərək bildirmişdik ki, əslən Azərbaycandan olan tanınmış iş adamı «AST» Şirkətlər Qrupunun prezidenti Telman İsmayılov son günlər daha da gərginləşən Rusiyanın siyasi mühitində özünə yer edib. Məlumatımızda bildirmişdik ki, Telman İsmayılov Putinə müxalif olan qüvvələrə dəstək verməkdədir. Keçmiş SSRİ-nin ilk və son prezidenti Mixail Sergeyeviç Qorbaçovun araçılığı ilə Rusiya müxalifəti ilə təmslara keçən AST Telmanın bu davranışları ekspertlər tərəfindən QİSAS REAKSİYASI kimi də təqdim olunur. Belə ki, Putin iqtidarı dövründə AST Telmanın Rusiyadakı biznesi əməlli-başlı sıxışdırılmış, eyni zamanda əslən yəhudi olan iş adamına qarşı baş verən hücumlar nəticəsində, həmyerlimiz Rusiyanı birdəfəlik tərk etmək zorunda qalmışdı. «Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) daxil olan son məlumatlardan isə aydın olur ki, Telman İsmayılov Putin iqtidarına qarşı çönən yeganə Azərbaycan əsilli deyil. Onunla bərabər, hazırda Azərbaycanın Milli Məclisində təmsil olunan Azərbaycanın rus icmasının rəhbəri Mixail Zabelin də Kremlə əks qütbdə dayanan qüvvələrə dəstək verməkdədir. Bu barədə danışan mənbəmiz bildirir ki, Mixail Zabelin hətta Bakıda Putin əleyhinə aksiya təşkil etmək niyyətini də ortaya qoyub: «Artıq bu yöndə tədarüklər də gedir və ola bilsin ki, gələn həftə Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında Putinin əleyhinə aksiya keçirilsin». Geri qayıt |