Əsas Səhifə > Gündəm, Manşet > HAKİMİYYƏTDƏN DAHA BİR ZİYALI QADAĞASI

HAKİMİYYƏTDƏN DAHA BİR ZİYALI QADAĞASI


6-02-2012, 10:46
HAKİMİYYƏTDƏN DAHA BİR ZİYALI QADAĞASI

RAFİQ ƏLİYEVİN ARDINDAN RƏŞİD MAHMUDOV DA İQTİDARIN HƏDƏFİNƏ ÇEVRİLDİ

DİA.AZ: - Tibb elmləri namizədi Rəşid Mahmudov - onu telekanalların efirində tez-tez görürdük, amma məişət və əyləncə proqramlarında. Sonuncu çıxışı isə sosial şəbəkələrdə müzakirə obyektinə çevrildi. Rəşid müəllimin hədəfində ölkədə baş alıb gedən qanusuzluq, məmur özbaşınalığı, yaltaqlıq, oğurluq, mənəviyyatsızlığın ayaq tututb yeriməsi idi. Əldə etdiyimiz məlumatlardan aydın olur ki, deyəsən, Rəşid Mahmudov sonradan kifayət qədər populyarlaşan bu açıqlamalarının qurbanına çevrilmək üzərədir».

Bu barədə “Dünya” İnformasiya Agentliyi redaksiyasını (diaaz.space) məlumatlandıran telekanalların birindəki mənbəmiz iddia edir ki, artıq onun çalışdığı kanalın rəhbərliyinə Rəşid Mahmudovla bağlı xəbərdarlıq edilib. Mənbəmiz bildirir ki, kanal rəhbərliyinə qəti surətdə tapşırılıb ki, tanınmış alim, ziyalıya canlı efir ümumiyyətlə qadağan edilsin.

Onu da qeyd edək ki, həmin qadağaların bütün telekanallara aid olduğu bildirilir. Rəşid Mahmudovun «bu gey-parada icazə verən hökumətin özü də onlardandır» kəlməsini işlətdiyi ANS kanalında da tanınmış ziyalıya efir qadağasının qoyulduğu söylənilir.

Onu da bildirək ki, ATV kanalında yaımlanan və Xoşqədəm Hidayətqızının müəlliflik etdiyi «Sən tək deyilsən» tok-şousunun qonaqları sırasında Rəşid Mahmudovun olması da sözügedən verilişin müəlliflərinə başağrısı yaradıb. Bu barədə danışan mənbəmiz bildirir ki, telekanal rəhbərliyindən Rəşid Mahmudovla bağlı kadrların yığışdırılması tələb edilib və ATV-dən belə bir izahat gəlib ki, Rəşid Mahmudov xeyli əvvəldən çəkilişdə olub.

Mənbəmizə görə, yalnız köhnə çəkilişlərdə qalan ziyalının bundan sonra canlı efirə buraxılmaması ilə bağlı yasağın müəllifi Prezident Administrasiyasıdır. Bu barədə qaynağın söylədikləri: «PA-dan verilən təlimatda daha bir neçə ziyalı ilə bağlı qadağa var».

Onu da xatırladaq ki, buna qədər də tanınmış alim Rafiq Əliyev hakimiyyətin basqıları ilə üz-üzə qaldı və haqlı iradlarının müqabilində ziyalımızı Neft Akademiyasındakı kafedra müdiri postundan uzaqlaşdırdılar. Bütün bunlar onu sübutlayır ki, YAP iqtidarı ziyalı sözünə dözümsüzdür.


Geri qayıt