Əsas Səhifə > Dünya, Manşet > İLHAM ƏLİYEV TÜRKİYƏ GÜNDƏMİNDƏ

İLHAM ƏLİYEV TÜRKİYƏ GÜNDƏMİNDƏ


27-01-2012, 16:22
İLHAM ƏLİYEV TÜRKİYƏ GÜNDƏMİNDƏ

MHP-Lİ DEPUTATLA PREZİDENTİN POLEMİKASI TÜRKİYƏNİ SİLKƏLƏYİB

DİA.AZ: - Fransa senatının son davranışlarına Azərbaycan hakimiyyətinin gözlənildiyindən yumşaq reaksiya verməsi qardaş Türkiyənin ən çox dartışdığı mövzulardandır. Və bu gün də Türkiyənin «ensonhaber» xəbər portalında bu mövzuya toxunularaq Azərbaycan prezidenti İlham Əliyevin Türkiyənin Millitəçi Hərəkat Partiyasının deputatının çətin sualına verdiyi cavab işıqlandırılıb.

«Dünya» İnformasiya Agentliyinin (diaaz.space) bu barədə yaydığı məlumatda deyilir ki, keçən həftə Türkiyə-Azərbaycan dostluq qrupunun üzvləri Bakıda olarkən onların prezident İlham Əiyevlə görüşündə çox ciddi polemika yaşanılıb.

Məlumatda bildirilir: «İlham Əliyevin «Fransa senatının erməni soyqırımını inkar qanununun qəbulu»na qarşı Azərbaycan hakimiyyətinin gördüyü işlər barədə hesabatını dinlədikdən sonra dostluq qrupunun üzvü, MHP-nin İcdırdan olan millət vəkili Sinan Oğan İlham Əliyevdən Azərbaycan bu zaman nə işlər görüb deyə soruşub. İlham Əliyev də MHP-li deputata bildirib ki, biz xeyli işlər görmüşük və bir-bir Azərbaycanın atdığı addımları sıralayıb. Bundan sonra MHP-li deputat soruşub ki, bəs Türkiyə mətbuatı nədən bunları bilmir. İlham Əliyev də qayıdıb deyib ki, biz qardaşıq və Fransanın bu qərarı təkcə Türkiyəyə qarşı yox, həm də Azərbaycana, bütün Türk Dünyasına qarşıdır və bir də, biz qardaşa verdiyimiz dəstəyi reklammı etməliyik. Daha sonra İlham Əliyev bildirib ki, o, digər türk dövlətlərinin başçılarına zəng edərək onlardan da dəstək istəyəcək».

Onu da bildirək ki, İlham Əliyevlə MHP-li deputatın bu polemikası Türkiyə KİV-ində çox geniş yayılıb və hətta bəzi qəzetlər İlham Əliyevdən müsahibə götürmək istədiklərini də açıqlayıblar.


Geri qayıt