Əsas Səhifə > Şou-biznes > "MUSA İLƏ TƏRANƏ" "DASTANI" "BU ŞƏHƏRDƏ"...
"MUSA İLƏ TƏRANƏ" "DASTANI" "BU ŞƏHƏRDƏ"...8-11-2013, 10:00 |
![]() “Bu şəhərdə” teatrının “İsti Rahət” adlı növbəti tamaşası baş tutub. Axşam.az-ın məlumatına görə, aktyorlar Rəfael İsgəndərov və Coşqun Rəhimov bir çox tanınmış simaları parodiya edib. Onlar arasında aparıcılar, aktyorlar və bəzi müğənnilər yer alıb. Tamaşaçıların daha çox bəyəndiyi parodiyalar arasında ATV-nin aparıcısı Mətanət Əliverdiyeva və müğənnilər Təranə Qumralla Musa Musayev olub. “Bu şəhərdə”nin ssenaristi Müşviq Abbasov “Pərdə” verilişinə açıqlamasında şou-biznesin ən məşhur müğənnilərini parodiya siyahısına daxil etmədiklərini deyib: “Onlar yatıb, yeni heç nə etmirlər". Coşqun Rəhimov isə konsertdən istədikləri diqqəti aldıqlarını bildirib: “Tamaşaçıdan maraq, diqqət gözləyirdik. Onu da aldıq. İlk səhnədən sonra elə alqışlar oldu ki... Bunu gözləmirdik”. Qeyd edək ki, "İsti Rahət" bu gün və sabah Heydər Əliyev sarayında davam edəcək. ![]() Geri qayıt |