Əsas Səhifə > Cəmiyyət, Manşet > ŞEYXƏ QARŞI TƏXRİBAT HAZIRLANIR
ŞEYXƏ QARŞI TƏXRİBAT HAZIRLANIR26-01-2012, 15:55 |
FARS-MOLLA REJİMİ İLƏ ƏLAQƏDƏ OLAN MƏMURLARIMIZ DA BU İŞİN İÇİNDƏDİR DİA.AZ: - Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadənin neçə müddətdir təkcə əmlakını deyil, həmçinin nəzarətində olan biznes sahələrini də yaxın və uzaq qohumlarının adına keçirdiyinə dair məlumatlar gəlməkdədir. Lənkərandakı mənbələrdən redaksiyamıza daxil olan məlumatda deyilir ki, Cavanşir Paşazadə son günlər rayona gələrək, orada özünün ən çox etibar etdiyi adamlarla görüşməyə başlayıb. Həmin görüşlərdən sonra isə deputat əmlakı və biznes sahələrini qohumlarının adına keçirməyə start verib. Mənbə bildirir ki, deputatın ən çox inandığı şəxs isə qudası Hacı Mazandır. Belə ki, Hacı Mazanla neçə illərdir biznes ortağı olan şeyxin qardaşı daha çox ona güvəndiyini nümayiş etdirir. Bu barədə bildirilir ki, Cavanşir Paşazadə bir neçə əmlakını yaxın qohumlarının adına keçirsə də, əsas üstünlüyü Hacı Mazana verib. Bunun dəqiq səbəbləri isə bəlli deyil. Qeyd edək ki, Cavanşir Paşazadənin belə bir addım atması ən yaxın adamları tərəfindən də müəmmalı olaraq qarşılanıb. Onlar məsələnin dəqiqliyi ilə tanış olmadıqları üçün hər hansı məlumata sahib olmadıqlarını deyirlər. Onların ehtimalı ondan ibarətdir ki, yaxın vaxtlarda hansısa problemli bir hadisə baş verəcək və deputatın da belə bir addım atması özünü sığortalamaq məqsədi güdür. Onu da xatırladaq ki, bu günlərdə Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəyə təzyiqlərin edilməsi barədə də məlumat vermişdik. Məlumatımızda qeyd olunurdu ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə yaxın çevrələr «dini turizmi» Şeyxin əlindən almağa çalışırlar. «Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) daxil olan son məlumatlardan da aydın olur ki, bütün bunlar təsadüfi deylmiş və Şeyx hədəfdədir. Bu barədə danışan qaynağa görə, Şeyxə hücumların artacağı haqda məlumatların yayıldığı ərəfədə onun qardaşının «ehtiyat tədbirlərə» əl atması kifayət qədər diqqətçəkicidir. Bu barədə mənbənin söylədikləri: «Əslində Allahşükür Paşazadə bir çoxları üçün problem hesab olunur. Çünki o, Azərbaycan kimi çətin bir regional yerləşmə şəraitində olan ölkədə dini işlərə nəzarət edir. Bəllidir ki, çoxlarının bu regionda maraqları var və o cümlədən də, son zamanlar Azərbaycana qarşı açıq müstəvidə düşmənçilik siyasəti yürüdən rəsmi Tehranın. Molla hakimiyyətinin Allahşükür Paşazadəyə də münasibətlərinin qaydasında olmadığı məlumdur». Mənbəmiz bildirir ki, Allahşükür Paşazadəyə və onun yaxınlarına təşkil olunan hücumların arxasında İranla əlaqələri olan məmurlar dayanır: «Bu məsələ çox mühümdür və ciddidir. Odur ki, əslində, baş verənlərə xüsusi xidmət orqanlarının təcili müdaxiləsi lazımdır. Çünki İrana aid xüsusi xidmət orqanları Cənub regionunda Allahşükür Paşazadəyə qarşı da təxribatlar hazırlayırlar». Geri qayıt |