Əsas Səhifə > Dünya > RUSİYADA В«QARA MİLLƏTƏВ» QARŞI DAHA BİR AKSİYA TƏDARÜKÜ
RUSİYADA В«QARA MİLLƏTƏВ» QARŞI DAHA BİR AKSİYA TƏDARÜKÜ21-10-2013, 11:21 |
![]() DİA.AZ: - Son günlər Rusiyada В«qara millətəВ» qarşı təzyiqlər daha da artıb. Bu arada Rusiyanın skinhedlərinin Moskva meriyasına yürüş üçün müraciət etmələri vəziyyətin daha da gərgin olacağından xəbər verir. DİA.AZ-ın Rusiya KİV-lərinə istinadən verdiyi informasiyaya görə, artıq Rusiyanın ultrasağ təşkilatları Moskva meriyasına yürüş üçün müraciət ediblər. Bildirək ki, hər il В«Russkiy marşВ» adı altında Rusiyadakı qeyri-slavyanlara qarşı şüarların səsləndirildiyi yürüşlər təşkil olunur. İldə iki dəfə belə yürüşləri təşkil edən skinhedlər aksiya vaxtı qarşılarına çıxan qeyri-rusları da hədəfə alırlar. Bu dəfə aksiyanın 4 noyabr tarixində keçiriləcəyi bildirilir. DİA.AZ vurğulayır ki, aksiyanın təşkilatçıları Orxan Zeynalovla bağlı hadisəyə də reaksiyalarını verəcəklər. Geri qayıt |