Əsas Səhifə > Sosial, Manşet > DEPUTATDAN PREZİDENTƏ BAHALI HƏDİYYƏ
DEPUTATDAN PREZİDENTƏ BAHALI HƏDİYYƏ21-01-2012, 12:35 |
“ŞÖHRƏT” ORDENİ ALMIŞ DEPUTAT DAHA NƏLƏRƏ ÜMİDLİDİR? DİA.AZ: - Məlum olduğu kimi İlham Əliyev keçən il sentyabrın 13-də Şamaxı rayonunda səfərdə olub. Dövlət başçısı Şamaxıda bir çox obyektlərin açılışında olmuş, həmçinin Şamaxının görməli yerlərini də ziyarət edib. “Dünya” İnformasiya Agentliyinə (diaaz.space) daxil olan məlumata görə, dövlət başçısının Şamaxı səfərində əsas aktivliyi 85 saylı Şamaxı Seçki Dairəsindən Milli Məclis üzvü Elxan Süleymanov göstərib: “Şamaxıda dövlət başçısı və onun ətrafı üçün hazırlanan ziyafəti Şamaxıda geniş biznes şəbəkəsi olan E.Süleymanov öz boynuna götürüb və öncədən anlaşıldığı kimi bu xərcin bədəli ödənilib”. Xatırladaq ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Elxan Sirac oğlu Süleymanov həmin səfərdən sonra “Şöhrət” ordeni ilə təltif edilib. Bununla bağlı redaksiyamıza danışan mənbə bildirir ki, Elxan Süleymanov indi də Şamaxıda prezident üçün yeni villa tikdirir: «Bu yeni villanın təkcə layihəsinə 100 min manat pul xərclənib. Villanın özünün isə neçəyə gələcəyini təxmin etdikdə belə, hər kəs heyrətlənir. Qranit, mərmər və digər bu kimi bahalı daşlarla ərsəyə gələcək villanın təkcə inşaat işlərinə 2 milyon manat xərclənəcək». Onu da bildirək ki, yeni villanın inşasına deputat şərik də tapıb: «Məmurlardan biri bu işdə deputata dəstək vermək niyyətindədir». Mənbəmiz onu da bildirdi ki, yeni villa prezidentin qarşıdan gələn doğum gününə qədər hazır olmalıdır: «Çox güman bu işinə görə, Elxan Süleymanova başqa bir «mükafat» veriləcək». Geri qayıt |