Əsas Səhifə > Siyasət, Manşet > KÜRD İŞ ADAMININ QAZAX FIRILDAQLARI
KÜRD İŞ ADAMININ QAZAX FIRILDAQLARI17-01-2012, 14:26 |
YERLİ SAKİNLƏRİ İŞLƏDƏN MUSTAFA ONLARIN PULUNU VERMƏKDƏN İMTİNA EDİR DİA.AZ: - Azərbaycanda kürd problemi hər zaman böyük narahatçılıq yaradıb. Hər halda, qardaş Türkiyədən transfer olunan bu problemin ölkəmizdə «pardaxlanmasında» hakimiyyətiçi kürd qruplaşmasının da yetərincə rolu və iştirakı var. Məhz onların himayəsi altında son 5 il ərzində Azərbaycana yüzlərlə kürd ailəsi köçürülüb. Qeyri-rəsmi rəqəmlərə görə, bu illər ərzində Azərbaycanda 7 mindən artıq Türkiyə və İraq kürdünün məskunlaşdığı bildirilir. Təbii ki, böyük sosial problemlər içində olan bir ölkənin hansısa köçə uğraması əlavə problemlərə nədən olmalıdır. Xüsusən də köçürülən əhalinin əlahiddə imtiyazlara sahib olduğu bir şəraitdə. Bildirək ki, Azərbaycana köçürülən kürdlər əsasən Qərb bölgəsində məskunlaşmaqdadır. Və bu səbəbdən təkcə elə Qazax və Tovuz rayonlarında gəlmə kürdlərlə yerli əhali arasında on dəfələrlə toqquşmalar olub və hətta bir dəfə cinayət hadisəsi də törədilib. Bu günlərdə redaksiyamıza daxil olan məlumatda da gəlmə kürdlərin yerli sakinlərin başına açdığı oyunlardan danışılır. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) informasiya verən Qazaxdakı qaynaq bildirir ki, rayonun Xanlıqlar kəndi ərazisində 50 hektara yaxın ərazini istismara götürən kürd əsilli Türkiyə vətəndaşı olan Mustafa adlı şəxs 150-yə yaxın Qazax və Ağstafa rayon sakinini işlətsə də, 4 aya yaxındır ki, onların əməkhaqqılarını vermir. Onu da bildirək ki, redaksiyamıza onların 51-nin imzası ilə şikayət məktubu da daxil olub. Həmin məktubda bildirilir ki, Mustafaya işçiləri Poylu kəndindən olan Rəşid adlı şəxs toplayıb və işçilər hər gün Dağ Kəsəmənli kəndindən olan sürücü Vüsalın maşınında iş yerlərinə çatdırılıblar: «Biz ərazidə əkilən soğanların toplanmasında çalışsaq da, Mustafa bizə vəd etdiyi əməkhaqqını verməkdən boyun qaçırır. Təxminən 10 min manata yaxın pulu işçilərə ödəmək istəmir». Onu da bildirək ki, redaksiyamızın əməkdaşları tərəfindən müəyyən araşdırmalar aparıldı və faktın doğruluğu təsdiqləndi. Məlum oldu ki, Mustafa ümumiyyətlə, işçiləin pulunu vermək fikrində deyil və hətta yerli məmurlarla öz haqqını tələb edən rayon sakinlərini hədələməyindən də qalmır. Mövzu diqqətimizdədir. Bizi izləyin… Geri qayıt |