Əsas Səhifə > Sosial, Manşet > AZƏRBAYCANDA «AVROVİZİYA-2012» TƏLAŞI

AZƏRBAYCANDA «AVROVİZİYA-2012» TƏLAŞI


13-01-2012, 15:05
AZƏRBAYCANDA «AVROVİZİYA-2012» TƏLAŞI

ARTIQ AVROVİZİYA İLƏ BAĞLI RÜŞVƏT PİRAMDİASI ƏMƏLƏ GƏLİB

DİA.AZ: - «Avroviziya-2012» beynəlxalq mahnı yarışmasına Azərbaycanın ev sahibliyi etməsi olayı artıq hər bir Azərbaycan vətəndaşının başağrısına çevrilib. Hər halda, millətin boğazından kəsilən milyonların daş-divara axıdılması heç də səfalət içində yaşayan insanların ürəyincə ola bilməz. Xüsusən də bu milyonların hədsiz israfçılıqla, korrupsiya ilə müşaiyət olunan tərzdə xərclənməsi şəraitində.

Məlumdur ki, artıq ayrı-ayrı büdcə təşkilatlarında çalışanlardan «Avroviziya töycüsü» adlı rüsum da tutulmağa başlayıb. Hətta bəzi özəl obyektlərin rəhbərləri də bu kampaniyaya qoşularaq hakimiyyətə öz «dəstəklərini» nümayiş etdirirlər.

Məsələn bu günlərdə Gəncədə maraqlı bir olay baş verib. Belə ki, Gəncənin icra hakimiyyətinin başçısı Elmar Vəliyev ölkənin «Avroviziya-2012» yarışmasına hazırlaşmasını əsas gətirərək şəhərdəki sahibkarların hər birindən 5-10 min manat arası pul tələb edib. Bu barədə «Dünya» İnformasiya Agentliyini (diaaz.space) məlumatlandıran Gəncədəki qaynağın sözlərinə görə, icra başçısı tərəfindən 10 min manat pulu alınan sahibkarlardan biri də eyni qaydada tabeçiliyində olan işçilərə haqq qoyub və onlara bildirib ki, 5 ay ərzində maaşlarından bu pul tutulacaq.

Yəni artıq Azərbaycanda bir AVROVİZİYA PİRAMİDASI da əmələ gəlib. Redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, eyni proseslər digər ünvanlarda da cərəyan etməkdədir. Bir başqa istiqamətdən gələn xəbərə görə, «Avroviziya-2012» mahnı yarışması ilə əlaqədar bu günlərdə daha bir ilginc olay yaşanıb. Məlumatlara görə, rayonların birində orta məktəb direktoru mahnı yarışması ilə bağlı yığılan pulu ödəyə bilməsi üçün hətta şəxsi maşınını da stıb: «O, müəllimlərinin durumunu yaxşı bildiyindən bu addımı atıb. Əks halda, vəzifəsini itirəcəkdi».


Geri qayıt