Əsas Səhifə > Siyasət, Manşet > HAKİMİYYƏTİN DAHA BİR ŞOK XƏBƏRİ
HAKİMİYYƏTİN DAHA BİR ŞOK XƏBƏRİ13-01-2012, 14:00 |
«AST TELMAN»A BAŞ NAZİRİN MÜAVİNİ POSTU TƏKLİF EDİLİB DİA.AZ: - YAP iqtidarı hər zaman heyrətləndirmə bacarığı ilə fərqlənməkdədir. Məsələn, son parlament seçkilərində əksəriyyətin, hətta beynəlxalq ekspertlərin belə qənaəti belə idi ki, ən azından 1-2 müxalifətçi namizəd görüntü naminə olsa da, Milli Məclisə buraxılacaq, onların qələbə haqqları tanınacaq. Amma sən saydığını say, gör hakimiyyət nə sayır… Nəinki bir-iki müxalifətçiyə deputat mandatı verilmədi, hətta 2003-cü il prezident seçkilərində kifayət qədər ciddi səs toplamış Müsavat başqanı İsa Qəmbər «Lider» kanalının söyüşcül aparıcısına «uduzduruldu». Yəni Müsavat başqanının məğlub görkəmi yaradıldı ki, bu da heyrətin ən böyük təcəssümü idi… İndi də anoloji bir olayla üz-üzə qalmaqdayıq. «Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) hökumət içindəki çox mötəbər mənbəərdən verilən xəbərdən aydın olur ki, tanınmış iş adamı «AST» Şirkətlər Qrupunun prezidenti Telman İsmayılova Bakıda çox yüksə bir vəzifə - baş nazirin müavini postu təklif edlib. Məlumdur ki, «AST Telman»ın Azərbaycanın məmur korpusu ilə çox sıcaq əlaqələri var və hətta onun bir sıra «xeyriyyəçi» addımlarını da eşitmişik. Yəni hansı nazirə hansı hədiyyəni etməsi barədə. Amma bu faktların özü belə imkan vermir ki, belə bir qərara imza atılsın. Nazirlər Kabinetindəki qaynağımız bildirir ki, AST Telmana bu təklifi onun yaxın dostu, nəqliyyat naziri Ziya Məmmədov edib: «Hər halda, Ziya Məmmədov özbaşına olaraq bu qərarı verə bilməz. Xoşbəxtlikdən tanınmış iş adamı təklifə müsbət cavab verməyib. Doğrudur, burada ilkin baxışda qeyri-adi hadisə yoxdur. Amma dərininə varanda, dövlətçiliklə bu şəkildə davranılması heç də müsbət hadisə deyil». Geri qayıt |