Əsas Səhifə > Ölkə, Manşet > MƏRKƏZİ BANK ŞEFİNƏ DAHA BİR İTTİHAM
MƏRKƏZİ BANK ŞEFİNƏ DAHA BİR İTTİHAM9-01-2012, 13:14 |
ELMAN RÜSTƏMOVUN BANK FIRILDAQÇISI OLAN QOHUMU DƏLİXANAYA SALINIB DİA.AZ: - Ölkədəki bankların əksəriyyətinin vətəndaş etimadına layiq görülməməsi əslində onların bir çoxlarının adının fırıldada hallandırılması ilə əlaqədardır. Belə ki, bu vaxta qədər 2000-dən artıq vətəndaş bankların fırıldağının qurbanı olması səbəbindən məhkəmələrə müraciət edib. Təkcə 100 nəfərdən çox şəxs isə “güzəştli kredit” variantının qurbanı olub. Bu barədə ekspertlər tərəfindən aparılan araşdırmaların yekununda məlumat verilib. Qeyd edək ki, 2007-2009-cu illərdə Masallı, Lənkəran, Salyan, Cəlilabad və digər rayonlarda yaşayan əhali Dilarə İmanovanın fırıldağının qurbanı olub. Bu barədə bir müddət əvvəl yayılan məlumatda deyilir: “100-ə yaxın insan “güzəştli kredit” hesabına avtomobil alıb. Bütün sənədləşmə işlərini yalnız Dilarə İmanova adlı qadın aparıb və səlahiyyəti onunla əsaslandırıb ki, yalnız onun vasitəçiliyilə güzəştli kampaniyaya qoşulmaq mümkündür. Əks halda yüksək faizlər ödəniləcək. Lakin 3-4 aydan sonra bank əməkdaşları bütün sənədlərin saxta olduğunu, Dilarə İmanova adlı birini tanımadıqlarını bildirərək avtomobilləri geri alıblar. Bu məsələ ilə əlaqədar artıq neçə ildir məhkəmə prosesi gedir və məhkəmənin çıxardığı qərar şikayətçiləri qane etmir”. Məlumat üçün bildirək ki, Dilarə İmanovaya qarşı cinayət işi açılıb və məhkəmə, tibbi ekspertizanın rəyinə əsasən, onun anlaqsız olduğu müəyyənləşdirilib. Lakin məhkəmə qərarında saxtakarlığa, qeyri-obyektivliyə yol verildiyini iddia edən şikayətçilər xarici mütəxəssisslərin də iştirakı ilə alternativ məhkəmə tibbi ekspertizasının keçirilməsini tələb edirlər. “2 milyon manat mənimsəyən şəxsin məsuliyyətdən belə asanlıqla yayınmasına yol vermək olmaz. Bu fırıldağın qurbanları arasında indi bir çörək puluna möhtac qalan, hətta intihar astanasında olan insanlar var. Bu fırıldaq əməlində Atabank, Unibank, Dekabank, Accessbank, Bank of Baku, Dəmiryolbank, Nikoylbank, Royalbank olmaqla ümumilikdə 14 bankın heç birindən ifadə alınmaması istintaq prosesinin şəffaflığına kölgə salan məqamlardandır”,– deyə həmin məlumatda vurğulanırdı. Bu faktlarla bağlı redaksiyamıza çox ilginc məlumatlar daxil olub. Bu barədə “Dünya” İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) məlumatı verən mötəbər mənbə iddia edir ki, həmin Dilarə İmanova Mərkəzi Bankın sədri Elman Rüstəmovun yaxın qohumu olması səbəbindən bu gün də toxunulmaz olaraq qalır. Mənbənin söylədikləri: “Dilarə İmanova əslində “müştərilərinin” çoxunu “Bank of Baku”nun adı ilə talayıb. Bu da təsadüfi deyilə. Çünki bu xanımın başqa bir qohumu da həmin bankda yüksək vəzifə tutur”. Onu da bildirək ki, bütün bu faktlarla bağlı dövlətin müvafiq qurumlarına müraciət edilsə də, heç bir tədbir görülməyib. əksinə, Dilarə İmanova cəzadan azad olunması üçün Ruhi dispanserə salınıb. Bu isə o deməkdir ki, kimsə onun cinayətlərini inkar etmir. Sadəcə olaraq, onu cəzadan yayındırırlar. Ki, bunun da hansı şəraitdə və səbəbdən baş verməsi hər kəsə aydındır. Geri qayıt |